Ermənistanda əsir saxlanılan Hüseynə ömürlük həbs cəzası verildi
Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistanın "Pastinfo" nəşri məlumat yayıb.
Bildirilib ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.
Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib.
Qeyd edək ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər "bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, "Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə" təqsirləndirilib.
Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İyunun 21-i isə Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1561 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili
9 iyunTarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliye
9 iyunPrezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam
25 iyunİki qardaş dövlət arasındakı əlaqələrin yeni mərhələyə yüksəldilməsi
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə yüksəldilməsidir. Bəyannamənin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan dah
9 iyunİlham Əliyev Vladimir Putini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil
12 iyun