"Məgər Azərbaycanın mentalitetində yazılıb ki, qadını döymək lazımdır?" - Hicran Hüseynova
İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Dekabrın 6-da Bakıda "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransı keçirilib.
Sonxeber.az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransda çıxışı zamanı Azərbaycandakı selektiv abortlara münasibət bildirib.
O qeyd edib ki, Azərbaycan mentalitetındə qadını döymək yoxur. Azəbaycanda selektiv abortların qarşısını almaq üçün maarifləndirmə işləri aparmaq lazımdır:
"Vaxtilə bir qadın qurultayında vitse-prezidentimiz, Heydər Əiyev fondunun rəhbəri Mehriban Əliyeva çıxışında dedi ki , bir qadının, uşağın da göz yaşını görürüksə, deməli, bizdə hardasa hələ də problem var. Bu ondan asılı deyil ki, Azərbaycanda daha çox problem var. Əksinə, adət-ənələrimizi gücləndirməliyik. Çünki çox gözəl adət-ənənələrimiz var. Azərbaycan ailəsi nümunəvi ailədir. Amma təqsirlər çoxdur. Məgər Azərbaycanın mentalitetində yazılıb ki, qadını döymək lazımdır ya uşağa təzyiq göstərmək lazımdır? Əksinə, bizim ailələrdə ağsaqqal, ağbirçək var.Hər bir ailə üzvünə böyük hörmət var. Onu gücləndirmək lazımdı. Biz Milli Məclisdə bu istiqamətdə qanunlar qəbul edirik. Bəlkə də qanunda hələ də boşluqlar var ki, insanlar onu icra etmirlər. Belə konfransların keçirilməsi çox vacibdir. Ulu öndər Heydər Əliyevin vaxtından Azərbaycanda qadın və uşaq məsələsinə çox böyük diqqət var. Amma bu gün Azərbaycanda qadınların məcburi formada selektiv abortlara cəlb edilir. Bu, nə mentalitetə, nə İslama, nə cəmiyyətə yaraşan haldır. Necə ola bilər ki, selektiv abortlarda biz ön sıralarda olduq. Biz maariflənmə işləri aparmalıyıq".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 873 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrPaytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr