"Sea Breeze" işinə görə axtarışda olan 6 nəfər haradadır?
"Sea Breeze"dəki kütləvi dava ilə bağlı başlanmış üç cinayət işindən biri ilə bağlı növbəti məhkəmə araşdırması dekabrın 7-də keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, işə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılır.
Sözügedən məhkəmə prosesi birinci cinayət işini əhatə edir və bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M.Ə. təqsirləndirilən şəxslərdir.
Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar.
İttihama görə Elmir İsmayılov və onunla birgə mühakimə olunanlar "Sea Breeze"də dava salıb Elnur Məmmədovla Cavad Muradovu döyüblər.
Məhkəmədə isə üzə çıxıb ki, bunun tam əksi baş verib: "Sea Breeze"də kütləvi dava Elnur Məmmədovun spirtli içkinin təsiri atında Elmir İsmayılovun ünvanına nalayiq söyüşlər söyməsi, idmançı dostlarının köməyi ilə şəxsən onu döyməsi ilə başlayıb. Elmir İsmayılovu döyəndən sonra o, ərazidən uzaqlaşmağa çalışan zaman maşınını da əziblər. 1 saatdan sonra Elmir İsmayılovun qardaşı Elgün İsmayılov dostları Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M.Ə. ilə "Sea Breeze"ə gəlib onu oradan xəstəxanaya aparmaq istəyiblər. O zaman Elnur Məmmədov spirtli içkinin təsiri altında "Sea Breeze"də dava-dalaşı davam etdirib, qarşısına çıxanlara yumruq və təpik atırmış. Ətrafı da onun hərəkətlərinin qarşısını almağa çalışırmış. Elmir İsmayılovu axtaran qardaşı səhvən Elnur Məmmədovun ətrafına toplaşmış kütlənin olduğu əraziyə gedib, həmin zaman Elgün İsmayılov və dostları da Elnur Məmmədov tərəfindən söyülüb, şəxsən özünün iştirakı ilə idmançı əhatəsi tərəfindən döyülüblər.
Baş verənlərdən sonra Elmir İsmayılov, Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə xəstəxanaya gediblər. Onların başlarında, üzlərində döyülmə zamanı yaranan yaralara tikişlər qoyulub.
Daha sonra Elnur Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər "Xurma" restoranında görüşüblər. Elmir İsmayılovdan üzrxahlıq olunub və tərəflər barışıblar. Barışıqdan az sonra Elnur Məmmədovla Cavad Muradov Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Son məhkəmə prosesində də Cavad dostu Elnur Məmmədovu barışıq görüşü ilə bağlı sorğu-sual etmişdi: "Kişi kimi danış, orda dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə, özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub".
Məhkəmədə aydın oldu ki, polisdə iki gün saxlanılan Elnur Məmmədov sonradan sərbəst buraxılıb. Onun dostu Cavad Muradovu isə saxlayıblar. Eyni zamanda, davanın əsas səbəbkarı Elnur Məmmədovu və yanında olan Cavad Muradovu zərərçəkən qismində tanıyıblar!
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1074 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrPaytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
1 oktyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr