"Bu addım İlham Əliyevin əsirlikdə olan şəxslərin ailə üzvlərinin necə hislər keçirdiyini dərindən hiss etdiyinin örnəyidir" - Tamam Cəfərov
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunması haqqında mətbuata verilən birgə açıqlama iki ölkə arasında sülh danışıqları prosesində atılmış mühüm addımdır. Xüsusilə dünyada bu qədər çətin və mürəkkəb proseslərin getdiyi, yeni münaqişə ocaqlarının yarandığı, uzunmüddətdir davam edən müharibələrin fonunda Cənubi Qafqazda sülh prosesinin tərəflərin birgə atdığı addımlarla təşviq olunması regionun gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd etməliyik ki, dünyada iqtisadi, siyasi katakilizmlərə baxmayaraq, Cənubi Qafqaz regionunda davamlı sülhün əldə olunması üçün atılmış bu addım dünyaya örnək təşkil etməlidir".
Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova Sonxeber.az-a bildirib.
Deputat bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad mühitinin əldə olunması istiqamətində qarşılıqlı razılıq əldə olunan məsələlər içərisində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi olduqca mühüm hadisədir:
"Qeyd edək ki, otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.
Bu addım Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin ailə üzvlərinin və yaxınlarının necə hislər keçirdiyini dərindən hiss etdiyinin bariz örnəyidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir. O, bir daha hər birimizə göstərdi ki, dünyanın hansı yerində olmasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi haqqında düşünür, tədbirlər görür. Eynilə illər öncə Ramil Səfərovun məsələsinə müdaxilə etdiyi kimi" ,- deyə o bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb