Elin Süleymanov COP29-un keçirilməsi barədə: "Bakının böyük təcrübəsi var"
Bakının Avroviziya mahnı müsabiqəsi, eləcə də idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi var və o, COP-un artan tələblərinə cavab verə biləcək.
"Report" xəbər verir ki, bunu "Bloomberg"ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov deyib.
Qeyd edək ki, "Climatechangenews" saytı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) Bakının ev sahibliyi edəcəyini bildirib.
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilib ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.
Elin Süleymanov bildirib ki, ölkəsinin ev sahibi kimi təklif olunması qonşu Ermənistanla sülh danışıqlarında irəliləyişə nail olunmasından sonra mümkün olub.
"Azərbaycan 20-ci əsrin ilk neft bumu zamanı birinci yerdə olub. Bu, enerji inqilabının başlanğıcı idi və düşünürəm ki, Azərbaycan enerji keçidinə töhfə verən böyük tədbirlərə ev sahibliyi edə bilər", - o deyib.
E.Süleymanov həmçinin qeyd edib ki, ötən il Azərbaycan Qara dənizin dibi ilə keçəcək və Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələri külək enerjisi ilə təmin edəcək elektrik kabelinin çəkilməsi ilə bağlı saziş imzalayıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrQızılın son qiymətləri bəlli oldu
30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5
30 sentyabrADY: Astara Terminalında yük aşırılması 30 % artıb
Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü
Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam
2 oktyabrMegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO
MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi
30 sentyabrBakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn
28 sentyabr