"Radikal müxalifətin növbədənkənar prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər acizlik nümunəsidir" - Kamilə Əliyeva
"Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul edilmiş siyasi təcrübədir. Seçkilər vaxtından əvvəl keçirilə və yaxud təxirə salına bilər. Azərbaycanda seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər. Bu seçkilər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin özünə inamı, xalqının dəstəyinə əminliyinin ən bariz nümunəsi olacaq. Azərbaycan xalqı hər zaman öz liderinə inanıb və ona etimad göstərib. Prezident cənab İlham Əliyev də xalqa verdiyi bütün vədlərə əməl edib. Bu seçkilərdə də xalqımız öz Prezidentinin yanında olacaq, onun həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyəcək".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.
O qeyd edib ki,7 fevral 2024-cü il tarixdə ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edəcəyi barədə vəd vermişdir. Prezidentimiz xalqa verdiyi sözə, vədə əməl etdi:
"Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə qalib sərkərdə, işğal edilmiş torpaqları azad edib bütöv Azərbaycan yaradan dövlət başçısı kimi yazıldı. Ölkə başçımız 30 il işğal altında qalan torpaqlarımızı 2020-ci ildə 44 günə azad etdi, 2023-cü ildə isə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu Qələbə regionda sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət etməklə yanaşı bölgədə, eləcə də ölkəmizdə yeni reallıqlar yaratdı.
7 fevral 2024-cü il tarixdə ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edəcəyi barədə vəd vermişdir. Prezidentimiz xalqa verdiyi sözə, vədə əməl etdi. Bu gün müqəddəs Azərbaycan bayrağı Xankəndində, Şuşada, Xocalıda, eləcə də ölkəmizin bütün rayonlarında qürurla dalğalanır".
Kamilə Əliyeva vurğulayıb ki, dövlət reyestrindən keçmiş bütün partiyalara seçkilərdə öz namizədlərini irəli sürmələri üçün bütün işlər görülüb. Bütün bunları nəzərə alaraq radikal partiyalar tərəfindən narazılıq nümayiş etdirilməsi qərəzli mövqeyin və potensiallarının aşağı səviyyədə olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Radikal müxalifətin fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər acizlik nümunəsidir:
"Azərbaycanın tək regionda deyil, dünyada güclü bir dövlət olmasını istəməyən dövlətlər var. Bu dövlətlər ölkəmizə qarşı təxribatlar törətmək, Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirmək niyyəti güdürlər. Bu cür çirkin əməllərin qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda ədalətli seçkilərin keçirilməsi üçün bütün tədbirlər həyata keçirilmişdir. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkəmizdə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınmasından sonra qəbul edilib. Bununla da seçkilərdə iştirak etmək istəyən siyasi partiyalara ədalətli rəqabət mühiti təmin edilmişdir. Dövlət reyestrindən keçmiş bütün partiyalara seçkilərdə öz namizədlərini irəli sürmələri üçün bütün işlər görülüb. Bütün bunları nəzərə alaraq radikal partiyalar tərəfindən narazılıq nümayiş etdirilməsi qərəzli mövqeyin və potensiallarının aşağı səviyyədə olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Radikal müxalifətin fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər acizlik nümunəsidir. Bu partiyalar çoxdan xalq arasında öz nüfuzunu itirmişdir. Onların niyyəti ölkədə təxribat yaratmaqla xaricdəki Azərbaycana qarşı yönəlmiş qüvvələrə xidmət göstərməkdir. Xalqımız bu çirkin niyyətlərin həyata keçməsinə imkan verməyəcək. Azərbaycan xalqı torpaqlarımızı düşmən işğalından azad edib, ərazi bütövlüyü və suverenliyimizi bərpa edən, Azərbaycanı gələcəkdə daha güclü və qüdrətli bir dövlətə çevirəcək Liderə - İlham Əliyevə öz siyasi dəstəyini bir daha göstərəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb