"Bu, əsirlərin dəyişdirilməsi yox, humanizm dəyərlərini rəhbər tutaraq sülhü hədəfləyən xoşməramlı addımdır" - Deputat

"Bu, əsirlərin dəyişdirilməsi yox, humanizm dəyərlərini rəhbər tutaraq sülhü hədəfləyən xoşməramlı addımdır" - DeputatBu gün Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilər mübadiləsi həyata keçirilib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a bildirib ki, Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etməyi öhdəsinə götürmüşdü. Bu gün həmin əsirlərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilərək bizi yekun sülhə yaxınlaşdıran ciddi amil kimi dəyərləndirilə bilər.

Deputat qeyd edib ki, bu, əsirlərin dəyişdirilməsi yox, humanizm dəyərlərinin rəhbər tutularaq etimad quruculuğuna yönəli və sülhü hədəfləyən xoşməramlı addımdır:

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də birgə açıqlamasında da ifadə olunduğu kimi, artıq hər iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşərək münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Bildiyiniz kimi, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etməyi öhdəsinə götürmüşdü. Bu gün həmin əsirlərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilərək bizi yekun sülhə yaxınlaşdıran ciddi amil kimi dəyərləndirilə bilər. Əsirlər arasında say nisbətinə gəlincə, unutmamalıyıq ki, bu, əsirlərin dəyişdirilməsi yox, humanizm dəyərlərinin rəhbər tutularaq etimad quruculuğuna yönəli və sülhü hədəfləyən xoşməramlı addımdır. Digər tərəfdən, Azərbaycan xalqa və dövlətə qarşı konkret cinayətlərə görə ittiham olunan şəxsləri, o cümlədən separatçıların liderləri və digər terrorçuları təhvil vermir".

Bəhruz Məhərrəmov vurğulayıb ki, əsirlərin mübadiləsi Qafqazda sülhə doğru aparan ikinci addımdır:

"Yəni bu gün əsirlərin mübadiləsi 7 dekabr birgə bəyanatının ardınca Qafqazda sülhə doğru aparan ikinci addımdır. Bildiyiniz kimi, razılığa müvafiq olaraq, bundan öncə Ermənistan COP29-a ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləmişdi. Azərbaycan isə xoş niyyətin təzahürü olaraq, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə dəstək vermişdi. Əlbəttə, bu kimi nəticələr iki ölkə arasında qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək gedişlərdir və beynəlxalq ictimaiyyət də bu səyləri dəstəkləməlidir. Lakin unutmamalıyıq ki, mövcud situasiya proseslərin təbii axarının nəticəsi deyil, bu reallığa cənab İlham Əliyev hərbi-siyasi yolla nail olub və əgər Azərbaycanın istər Vətən müharibəsindəki qələbəsi, cənab İlham Əliyevin qətiyyəti ilə aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi, habelə antiterror tədbirləri ilə cəmi 23 saata separatimzə öldürücü zərbə vurulmasaydı, bu gün etimad quruculuğu prosesi və yekun sülhə doğru real addımlardan danışa bilməzdik".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 909   Tarix: 13 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr