"Ermənistanın Azərbaycandan qoşunlarını təmas xəttindən çəkməsini tələb etməsi absurddur" - Tural İsmayılov
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan sərhədində qoşunları qarşılıqlı olaraq geri çəkməyin müzakirə mövzusu olduğunu deyib. Azərbaycanın xarici işlər nazirli Ceyhun Bayramov bildirib ki, delimitasiya prosesi hələ tam bitməyib. Kim zəmanət verə bilər ki, qoşunlar geri çəkilsə, tərəflərdən biri yenə həmin mövqeni tutmayacaq?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Tural İsmayılov qeyd edib ki, Ermənistan bölgədə gərginliyi davam etdirmək üçün qəsdli şəkildə belə məsələləri tez-tez ortaya qoyur. Bu təklifi səsləndirməklə beynəlxalq aləmdə yenə də Azərbaycan əleyhinə informasiya kollapsı yaratmağa çalışırlar:
"Ermənistan bu mövzuda böyük haqsızlıq edir. Haqsızlığın ən böyük səbəblərindən biri ondan ibarətdir ki, Ermənistanın daim Azərbaycan əleyhinə provokasiyaları, cəhbə bölgəsində yaratdığı gərginlikləri düşünəndə Azərbaycandan qoşunlarını təmas xəttindən çəkməsini tələb etməsi absurddur və reallığı özündə ehtiva etmir. Həmçinin Ermənistan yaxşı başa düşür ki, belə bir təkliflə Azərbaycanın qarşısına çıxmaq diplomatik etiket baxımından uyğun deyil. Ermənistan bütün bunlara rəğmən bölgədə gərginliyi davam etdirmək üçün qəsdli şəkildə belə məsələləri tez-tez ortaya qoyur. Aydın məsələdir ki, Azərbaycanın verəcəyi cavabı bilirlər. Lakin buna baxmayaraq bu təklifi səsləndirməklə beynəlxalq aləmdə yenə də Azərbaycan əleyhinə informasiya kollapsı yaratmağa çalışırlar. Hər halda hələ ki iki ölkə arasında delimitasiya olunmamış sərhədlər var. Eyni zamanda sülhlə bağlı məsələlərdə böyük irəliləyiş yoxdur. Belə olan təqdirdə qoşunların çəkilməsini tələb etmək növbəti gərginliyə xidmət edir. Azərbaycan əsla Ermənistanın bu təklifini qəbul etməyəcək və ümumiyyətlə danışıq mövzusu olmağa imkan veriləcəyini da düşünmürəm".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb