Rusiyaya ixrac Azərbaycanda yumurtanı bahalaşdıracaq? - AÇIQLAMA
Bu həftənin sonundan Rusiya Azərbaycandan toyuq yumurtası idxal etməyə başlayır. Məqsəd ölkədə artan yumurta qiymətlərini sabitləşdirməkdir. Rusiya bazarına Azərbaycandan yumurta ixracının ölkəmizdə bu məhsulun qiymətinin artmasına səbəb olacağı ilə bağlı narahatlıqlar yaranıb.
Bu barədə Metbuat.az-a açıqlama verən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirdi ki, qiymətlərin qalxması ilə bağlı fikirlər doğru deyil:
"Ölkədə kifayət qədər rəqabət apara bilən, süfrə yumurtası istehsal edən müəssisələr var ki, satış artdıqca onlar da iş gücünü artırırlar. Yumurta istehsalı ilə məşğul olan müəssisələrimiz yaxın 3 ayda istehsal güclərini 15-20% artıracaqlar. Yerli bazarda tələbi üstləyəcək qədər yumurta olacaq. Ona görə qiymətin qalxmasını gözləmirəm. Ola bilsin ki, bir qəpik artıb və azala bilər, amma 10-15 qəpik civarında qalxma ehtimalı yoxdur".
Beş ildir ki, Rusiyaya yumurta ixracı barədə müraciətlər etdiklərini deyən Assosiasiyasının sədri vurğuladı ki, hazırda Rusiya bazarında yumurta qıtlığının yaranması səbəbindən onlar bu imkanı əldə etməyə müvəffəq olublar:
"Rusiyanın Azərbaycandan yumurta istəməsi quşçuluq müəssisələrimiz üçün göydəndüşmə bir şans kimi qiymətləndirilir. Biz çalışırdıq ki, Rusiya Azərbaycanın yumurta istehsal edən quşçuluq müəssisələrini reyestrə daxil etsin və bu ölkəyə yumurta ixrac edək. Son vaxtlar Rusiyada yumurta qiymətləri artdıqdan sonra onlar bizim 6 müəssisəni reyestrdə qeydiyyata aldı. Onlar "Giləzi Quşçuluq", "Hacıqabul Quşçuluq", "Muğan Quşçuluq", "Ləzzət Quşçuluq", "Pirsaat Quşçuluq" və "Yaşma Quşçuluq" şirkətlərdir. Məndə olan məlumata görə, dünəndən "Giləzi Quşçuluq" və "Hacıqabul Quşçuluq" Rusiyaya yumurta ixracına başlayıblar".
Hazırda ölkədə kifayət qədər yumurta istehsal olunduğunu qeyd edən Mürvət Həsənli xatırlatdı ki, Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətərə, Səudiyyə Ərəbistanına, İraqa və digər ölkələrə yumurta ixrac edilir.
"Oktyabrın 1-dək olan məlumata görə, biz 40 milyon ədəd ixrac etmişik. Azərbaycanın ərzaqlıq yumurtaya gündəlik təlabatı 3,2-3,6 milyon ədəd, daxili istehsal isə 4,6-4,9 milyon ədəd civarındadır. Ölkənin təlabatı tam ödənilir. Bir milyon civarında artıq yumurtamız qalır. Bunu da Yaxın Şərq ölkələrinə ixrac edirdik. Rusiya bizdən yumurta istəyəndən sonra gücümüz çatan qədər ixrac etməyə səy göstərəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrLimit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro
30 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrADY: Astara Terminalında yük aşırılması 30 % artıb
Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi
22 sentyabrBu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin
29 sentyabrƏməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi
23 sentyabr