Banklar köhnə dolları manata dəyişmirlərsə, vətəndaşlar hara müraciət etməlidirlər? - AÇIQLAMA
Bir müddətdir, vətəndaşların köhnəlmiş dollarları manata dəyişdirməkdə çətinlik çəkmələri müzakirə olunur. Sosial şəbəkələrdə bu problemlə üzləşən vətəndaşlar bildirirlər ki, banklar köhnə dollarları, xüsusən, 2006-cı ildən öncə tədavülə buraxılan ABŞ dollarını dəyişməkdən imtina edirlər. İddia olunur ki, üzərində möhür olan dollar əskinası da dəyişilmir.
İqtisadçı-ekspert Eldəniz Əmirov bu barədə Pravda.az-ın suallarını cavablandırıb.
Ekspert bildirib ki, bankın köhnə dolların manata dəyişdirilməsindən imtina etmək kimi səlahiyyəti yoxdur: "Ən azından imtina etmək səbəbini əsaslandırmalıdır. Belə olan halda, vətəndaş prosesin sonrakı mərhələləri üçün rəsmiyyətə, yəni rəsmi müraciətə keçməli, bankdan rəsmi cavab istəməlidir. Bank rəsmi açıqlama verməlidir ki, köhnə dolları niyə manatla dəyişmir? Bundan sonra artıq vətəndaş Mərkəzi Banka müraciət edə bilər ki, "X" bank mənə bu cavabı verib. Hüquqi prosedur budur. Qeyd edim ki, bütün bankların valyutadəyişmə hissələrində belə deyil. Köhnə dolları götürən yerlər çoxdur".
E.Əmirov qeyd edib ki, bank köhnə dolları qəbul edib, əvəzində yenisini verməkdən imtina edə bilər: "Bu, valyuta mübadiləsi prosesi deyil. Sadəcə, əskinasların köhnə və yenilərinin dəyişdirilməsidir. Bank bundan imtina edə bilər, çünki onun belə bir öhdəliyi yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda çips vergiyə cəlb olunacaq
Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi
5 noyabr"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu
2 noyabrBrent markalı neftin qiyməti bir barel üçün 95,52 dollara düşdü
Əvvəlki hərracların nəticələrində qeydə alınan əhəmiyyətli artımdan sonra cümə səhəri neft qiymətləri orta dərəcədə azalır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,30 dollar (0,31 faiz) az, 95,52 dollar/bare
13 noyabrHotellərə yeni tələb qoyulur
Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis
5 noyabrAzərbaycanda qızılın son qiymətləri
Azərbaycanda 2026-cı il 12 noyabr tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 12 noyabr 2026-cı il tarixinə olan məlumata görə, ölkədə 1 unsiya qızılın qiyməti 6881.07 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 221.23 manat təşkil edir. Digər əyyarlar üzr
12 noyabrBaytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör
5 noyabrXəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
9 noyabrQızıl və gümüş bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib
9 noyabr