Əmanətçilər üçün əla şans - ARAŞDIRMA

Əmanətçilər üçün əla şans - ARAŞDIRMAƏgər vətəndaşın bankda 50 min manat depoziti varsa, səkkiz faizlik depozitlə onun illik gəliri dörd min manat edir. Bu zaman dörd min manatdan 2400 manat çıxılır. Vətəndaş yerdə qalan 1600 manatdan 10 faiz vergi verməlidir.

Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycanda vətəndaşların banka qoyduğu əmanətlərdən gələn aylıq faiz gəlirlərinin vergidən azad olunması prosesi həyata keçiriləcək. Xatırladaq ki, bundan öncə banklardakı əmanətlərdən gələn aylıq faiz gəlirləri 10 faiz həcmində vergiyə cəlb edilirdi. Bu qaydadan həm insanlar, həm mütəxəssislər narazı idi. İndi bu qaydalara dəyişiklik edilməsi nəzərdə tutulur. Lakin burada aydın olmayan məqamlar mövcuddur...

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Əsas mahiyyət gəlirlərin vergidən azad olunmasıdır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov dedi ki, Vergi Məcəlləsinə əmanətlərdən gələn faizlərlə bağlı iki dəyişiklik edilməsi nəzərdə tutulub: "Dəyişikliklərin əsas mahiyyəti orta əmanətə sahib vətəndaşların aylıq və illik gəlirlərinin vergidən azad olunmasıdır. Yeni qaydaların yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Dəyişikliklərə görə, aylıq 200 manata, illik 2400 manata qədər olan faiz gəlirləri vergidən azad ediləcək. Əgər vətəndaşın bankda 30 min manatlıq əmanəti varsa, həmin əmanətə görə səkkiz faiz gəlir hesablanırsa, bu o deməkdir ki, vətəndaşın illik əldə etdiyi gəlir 2400 manatdır. Bu halda vətəndaşın bütün il ərzində faizdən qazandığı gəlir tamamilə vergidən azad olunur. Yox, əgər vətəndaşın bankda 50 min manat depoziti varsa, vergi səkkiz faizdən hesablanırsa, həmin vətəndaşın illik gəliri dörd min manat edir. O zaman dörd min manatdan 2400 manat çıxılır. Vətəndaş yerdə qalan 1600 manatdan 10 faiz vergi verməlidir. Yəni müştərinin illik 4000 manatlıq gəlirinin 160 manatı vergiyə tutulur. İkinci dəyişiklik isə belədir ki, əgər vətəndaş 18 aylıq əmanət yerləşdiribsə, o, əldə etdiyi gəlirdən asılı olmayaraq tamamilə vergidən azad olunacaq".

Banklarda əmanətlər artacaq?

Millət vəkilinin fikrincə, bu dəyişikliyin iki səbəbi var: "Hər iki yeniliyin əsas məqsədi banklara daha çox əmanətin cəlb edilməsinə nail olmaqdır. Çünki 2023-cü ilin fevralından etibarən vergi güzəştlərinin ləğv edilməsi banklara əmanətlərin cəlb olunmasına birbaşa təsir göstərmişdi. Digər məqsəd isə ondan ibarətdir ki, 18 ay və daha uzun müddətli əmanətlərin sayı artsın".

Hüquqi yox, fiziki şəxslər
Azərbaycan Banklar Assosiasiyasının eksperti, bank məsələləri üzrə mütəxəssis Qorxmaz Ağayev bildirdi ki, qanunda ediləcək birinci dəyişikliyə görə, güzəşt müddəti nəzərdə tutulmayıb: "Depozitlərlə bağlı olan iki dəyişiklik də yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxslərə şamil edilmir. Əvvəl əmanətə görə ödənilən məbləğdən 10 faiz vergi tutulurdu. İndi edilən dəyişikliyə görə aylıq 200 manatadək, qazanc varsa, ondan heç bir vergi tutulmayacaq. 200 manatdan yuxarı gəlirlərə isə yenə də 10 faiz vergi tətbiq olunacaq. Bu dəyişikliklə bağlı güzəştin qüvvədə olma müddəti göstərilməyib. Yəni qanun dəyişməyənə qədər qüvvədə qalacaq".

Yalnız milli valyuta üçün keçərlidir

Q.Ağayevin sözlərinə görə, ikinci dəyişiklikdə isə güzəşt müddəti təyin edilib: "Vətəndaşlar əmanətlərini 18 aydan çox müddətə qoyarlarsa, ayda 100 min manat gəlir əldə etsələr də, heç bir vergi ödəməyəcəklər. Bu dəyişikliyin qüvvədə olma müddəti hazırda üç ildir. Dəyişikliklər yalnız milli valyutada qoyulan əmanətlərə aiddir. Digər valyutalarda olan əmanətlərə bu güzəştlər tətbiq edilməyəcək".

Daha uzunmüddətli kredit imkanı

Ekspert qeyd etdi ki, yenilik həm banklar, həm də insanlar üçün faydalıdır: "Bu dəyişikliklərin əsas əhəmiyyəti vətəndaşların bank sisteminə inamını daha da gücləndirərək onları pullarını daha uzun müddətə banka qoymağa təşviq etməkdir. Vətəndaş üçün də önəmlidir ki, əlində nağd pul saxlamayacaq, banka qoyduğu vəsaitdən uzunmüddətli gəlir əldə edəcək və heç bir vergi də ödəməyəcək. Bank üçün isə əhəmiyyəti budur ki, əhalinin depozitləri bankın fəaliyyətinin əsas maliyyə mənbələrindən biridir. Cəlb edilmiş depozitlər hesabına banklar kreditləşmə fəaliyyətini daha da gücləndirəcəklər. Banklar üçün ikinci faydası odur ki, daha uzunmüddətli kreditlər verə biləcəklər. Vətəndaş biləcək ki, 18 ay müddətinə depozit qoysa və onu çıxarmasa tam vergi güzəşti şamil olunacaq. Belə olan halda əmanətinə toxunmayacaq və bank da həmin vəsait hesabına daha uzunmüddətli kreditləşmə həyata keçirəcək".

Əmanət həm də investisiya alətidir

Q.Ağayev düşünür ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər həm də iqtisadiyyatımızın güclənməsinə səbəb olacaq: "Əmanət həm də investisiya alətidir. Bu halda onların investisiya aləti kimi cəlbediciliyi daha da artacaq. İqtisadiyyat üçün də faydalı olacaq ki, vətəndaşlar vəsaitləri nağd yox, bank hesablarında saxlayacaqlar. Beləliklə, iqtisadiyyatın nağdsızlaşdırılması prosesi daha da sürətlənəcək".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2373   Tarix: 17 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

26 sentyabr
.

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu

26 sentyabr
.

Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı

2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd

30 sentyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin

29 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiy

1 oktyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü

Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam

2 oktyabr