Azərbaycanda 2024-cü il devalvasiya olacaq? - EKSPERT AÇIQLADI
2024-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi ən çox maraqlandıran suallardandır. Bu il devalvasiya gözləniləndir? Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad həsənov Sonxeber.az-a açıqlama verib.
Ekspert bildirib ki, 2024-cü ildə devalvasiya olması ehtimalı yoxdur. Amma onu da nəzərə almaq lazımdır ki, hazırda manatın məzənnəsini sabit şəkildə qoruyub saxlamaq imkanları 2015-ci il ilə müqayisədə daha yüksəkdir:
"Çünki faktiki olaraq, əhalinin əlində olan manat kütləsi 2014-cü il ilə müqayisədə daha az valyuta tələb edir. Təzyiqlərin aradan qaldırılması üçün, xatırlayırsınızsa 2020-ci ilin mart ayında ortaya çıxdı. Pandemiya dövründə neftin qiyməti mənfiyə doğru dəyişsə belə bu şərtlər daxilində hökumət 1.8 milyard dollar vəsaiti bazara daxil etməklə problemi həll etdi. Amma sonrakı bir neçə ayda ümumiyyətlə bazarda valyuta satılmadı. Çünki, əhalinin əlində olan manat ehtiyatlarını manata yığıblar. Hazırda şərtlər ciddi şəkildə dəyişməyib. Bu baxımdan hər-hansı bir problem yarandığı halda belə daha az vəsaitlə bunun qarşısını almaq mümkündür".
Rəşad Həsənovun sözlərinə görə, Neftin büdcədə qiyməti ehtiyatlı müəyyən edilib. 2024-cü il üçün proqnozlar əsasən neftin qiymətinin 80 ABŞ dolları olacağı istiqamətindədir:
"Lakin büdcədə bu 60 dollar nəzərdə tutulub. Buda hökumətə manevr imkanları yaradır. Eyni zamanda nəzərə almaq lazımdır ki, hökumətin verdiyi mesajlarda bu istiqamətdədir. Çünki hökumət 2023-2027-ci illər makroiqtisadi proqnozları hazırlayarkən manatın məzənnəsini 1 ABŞ dollarına 1.70 olaraq sabit nəzərdə tutub. 2022-2026-cı illər sosial iqtisadi inkişaf strategiyasında bənzər yanaşma ortaya qoyulub. Eyni zamanda bununla paralel olaraq hazırda tədiyyə balansı, ticarət saldosu və strateji valyuta ehtiyatlarının həcmi manatın məzənnəsinin qorunması imkanlarını daha da dərinləşdirir. Bu baxımdan növbəti ildə hərhansı bir ciddi risk gözlənilmir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 98,43 dollara düşdü
Fars körfəzi bölgəsindən tədarükün artması ümidləri fonunda neft qiymətləri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,82 dollar (0,83%) azalaraq 98,43 dollar/barel təşkil edib
23 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrAzərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 114,7 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur. 8 ay ərzində quru
23 sentyabrAzərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrAzərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo
21 sentyabr