"Zəngilanın memarlıq üslubuna uyğun yaşayış komplekslərinin layihələri hazırlanır" - MÜSAHİBƏ

"Zəngilanın memarlıq üslubuna uyğun yaşayış komplekslərinin layihələri hazırlanır" - MÜSAHİBƏ"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri dayanıqlı inkişaf prinsiplərinə əsaslanır və "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyaları icra olunan layihələrdə əsas götürülür".

Bunu "Report"a müsahibəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. Onunla müsahibəni təqdim edirik:

- Cari il ərzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında hansı işlər görülüb? Bu müddət ərzindəki fəaliyyətinizi dəyərləndirməyinizi xahiş edirəm.

- "Böyük Qayıdış" Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 24 kənd, beş qəsəbə, üç şəhərin yenidən qurulması və tikintisi nəzərdə tutulur. Buna qədər sözügedən rayonlar üzrə 10 kənd, bir qəsəbə və üç şəhər mərkəzində çoxmənzilli yaşayış məhəllələrinin, həmçinin bir sıra infrastruktur obyektlərin təməlqoyma mərasimləri həyata keçirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-qurucluq işləri dayanıqlı inkişaf prinsiplərinə əsaslanır və "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyaları icra olunan layihələrdə əsas götürülür.

Yenidən salınacaq şəhər, qəsəbə və kəndlərin konseptual əsasını "rahat yaşayış", "yaşıl və təmiz", "mütərəqqi innovasiyalar" kimi yanaşmalar təşkil edir. Həmçinin, bütün yaşayış məskənləri mənzərəli landşaftı, ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinlər və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək.

Onu da bildirmək istərdim ki, 2026-cı ilədək sözügedən üç rayon üzrə 40 mindən çox keçmiş məcburi köçkünün öz doğma yurduna geri qayıdışı nəzərdə tutulub.

- Prezidentin xüsusi nümayəndəsi kimi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşlər keçirirsiniz. Həmin görüşlərdə sizə daha çox hansı məsələlərlə bağlı müraciətlər edilir?

- Təbii ki, biz mütəmadi olaraq sakinlərlə görüşlər keçiririk. Onların müxtəlif səpkidə olan müraciətləri qəbul olunur və qaldırılan hər bir məsələ üzrə tədbirlər görülür. Amma ümumilikdə bildirmək istərdim ki, vətəndaşların qəbulu zamanı müraciətlərinin böyük qismi əraziyə səfərlərlə bağlı olur. Biz də aidiyyəti üzrə hər üç rayon üzrə qrafik əsasında səfərlər təşkil edirik ki, keçmiş məcburi köçkünlər öz doğma ata-baba yurdlarını görə bilsinlər. Bütün bu proseslər təhlükəsizlik qaydalarına riayət olunmaqla ANAMA ilə koordinasiyalı şəkildə təşkil olunur.

- Prezident İlham Əliyev bu il mayın 4-də Zəngilan rayonuna səfər edib. Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub. İşlərə başlanılıbmı?

- Söhbətimizin əvvəlində mən artıq qeyd elədim ki, Prezidentin iştirakı ilə Zəngilan rayonunda bir sıra yaşayış məskənlərinin və infrastruktur obyektlərinin təməli qoyulub. Həmçinin, bunların içərisində 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanası, eləcə də Cahangirbəyli kəndi də yer alır.

Məlumat üçün bildirmək istərdim ki, təməlqoymadan sonra sənədləşmə və layihələndirmə işlərinə başlanıb. Hazırda layihələrin tender prosesinə hazırlıq gedir.

- Bəs Zəngilan şəhərinin tikintisinə nə vaxtdan başlanılacaq?

- Zəngilan şəhərinin Baş Planı təsdiq olunub və Baş Plana uyğun infrastruktur layihələr hazırlanmaqdadır. Həmçinin, Zəngilanın memarlıq üslubuna uyğun olaraq yaşayış komplekslərinin layihələri hazırlanır.
Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdə ilk yaşayış məskəni məhz Zəngilan rayonunun Ağalı kəndində salınıb. Bu günədək "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 175 ailədən ibarət 871 nəfər Zəngilan rayonunun Ağalı kəndində məskunlaşıb.

Zəngilan şəhərində artıq hava limanı, Konqres Mərkəzi fəaliyyət göstərir. Sözügedən mərkəzdə bu günədək üç beynəlxalq tədbir təşkil edilib.

- Ağalı kəndinin sakinlərinin məşğulluq probleminin həlli, onların əkinçiliklə məşğul olması və istirahəti üçün hansı şərait yaradılıb?

- Ağalı kəndinə köçmüş sakinlər üçün zəruri olan bütün infrastruktur şərait yaradılıb. Burada "Ağıllı kənd" meyarlarına uyğun zəruri xidmətlər, iş yerləri və digər bu səpkidə imkanlar yaradılıb. Hazırda bu kənddə 175 ailə firavan şəkildə yaşayır. Həmçinin, hər bir ailənin həyətində kiçik təsərrüfat üçün uyğun şərait mövcuddur.

- Horadiz-Ağbənd dəmir yolu və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə bağlı işlər nə yerdədir? Tikinti işlərinin nə zamana kimi yekunlaşması gözlənilir?

- 110 km uzunluğunda olan Horadiz-Ağbənd dəmiryol xətti ilə də bağlı işlər aparılır. Eləcə də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi işləri də davam etdirilir. Bu işlərin 2025-ci ilədək tamamlanması planlaşdırılır. Bu il Araz çayı üzərində Azərbaycanın Şərqi Zəngəzur bölgəsini İran üzərindən Naxçıvanla kommunikasiya əlaqələri təmin edəcək körpünün də təməlatma mərasimi həyata keçirilib.

- Bəs Qubadlı və Cəbrayıl rayonlarına insanların köçürülməsi nə zamandan planlaşdırılır?

- Bu günədək Qubadlıda şəhər mərkəzinin və üç kəndin təməlqoyma mərasimləri həyata keçirilib. Hazırda Zilanlı, Mahruzlu kəndlərində tikinti işlərinə başlanılıb və Xanlıq kəndində isə layihələndirmə işləri həyata keçirilir.

Bildirmək istərdim ki, hazırda Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. O, altı məhəllədən ibarətdir və 33 ümumi yaşayış binası tikiləcək. Şəhər mərkəzində 4-5 mərtəbəli binalar olacaq və 712 mənzil tikiləcək. Biz planlaşdırırıq ki, tikinti işləri növbəti ildə başa çatacaq və bundan sonra həmin binalarda 2 158 sakin məskunlaşacaq.

Onu da bildirmək istərdim ki, buna qədər Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin, Horovlu, Soltanlı və Şükürbəyli kəndlərinin təməli qoyulub. Horovlu kəndində artıq tikinti işlərinə başlanıb.

- Rəhbərlik etdiyiniz rayonların sakinlərinin öz ata-baba evlərini ziyarət etmələri üçün onlara şərait yaradılırmı? Əgər yaradılırsa, onlar bunun üçün hara müraciət etməlidirlər?

- Daha öncə qeyd etdiyim kimi, öz ata-baba yurdlarını görmək istəyən vətəndaşlar üçün təhlükəsizlik qaydalarına riayət etməklə mütəmadi səfərlər qrafik üzrə təşkil olunur. Bunun üçün sakinlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət edirlər və hər ay onlarla müvafiq qaydada görüş keçirilir. Həmçinin, vətəndaşların Cəbrayıl, Qubadlı və Zəngilan icra hakimiyyətlərinə edilən müraciətləri əsasında da ziyarətlər təşkil olunur.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1180   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda çips vergiyə cəlb olunacaq

Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi

5 noyabr
.

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib

Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu

2 noyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 95,52 dollara düşdü

Əvvəlki hərracların nəticələrində qeydə alınan əhəmiyyətli artımdan sonra cümə səhəri neft qiymətləri orta dərəcədə azalır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,30 dollar (0,31 faiz) az, 95,52 dollar/bare

13 noyabr
.

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib. Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə monarx II Msvati məlumat verib

9 noyabr
.

Hotellərə yeni tələb qoyulur

Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis

5 noyabr
.

Azərbaycanda qızılın son qiymətləri

Azərbaycanda 2026-cı il 12 noyabr tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 12 noyabr 2026-cı il tarixinə olan məlumata görə, ölkədə 1 unsiya qızılın qiyməti 6881.07 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 221.23 manat təşkil edir. Digər əyyarlar üzr

12 noyabr
.

Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır

Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör

5 noyabr
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

9 noyabr
.

Qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib

9 noyabr