Azərbaycanın əsas düyü tədarükçüsü bu il rekord həcmdə düyü ixrac edə bilər
Azərbaycanın əsas düyü tədarükçülərindən biri olan Pakistanın bu il rekord həcmdə düyü ixrac edəcəyi proqnozlaşdırılır.
2023/2024 marketinq ilində düyü ixracı 5 milyon tona çatacaq, bununla da 2021/2022 marketinq ilində Pakistanda qeydə alınan 4,8 milyon tonluq rekord yenilənmiş olacaq.
ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, Pakistanda üyüdülmüş düyü istehsalının 2023/2024 marketinq ilində (noyabr-oktyabr) illik ifadədə 64 % artaraq 9 milyon tona çatacaq. Qurum bunun 2021/2022-ci marketinq ilində qeydə alınan göstəricidən (9,3 milyon ton) sonra ikinci məhsuldarlıq üzrə rekord olacağını vurğulayır.
"S&P Global"ın analitikləri hesab edir ki, Pakistan bazarındakı müşahidə olunan düyü rallisi Hindistanda bu məhsulun ixracı ilə bağlı qoyulan qadağa ilə bağlıdır. Belə ki, böyük ixrac profisiti Pakistandan olan satıcılara dünya bazarında rəqabət qabiliyyətli qiymət təklif etməyə imkan verib. Bu gün Pakistan bazarında daha əvvəl Hindistan düyüsü alan Afrika və Uzaq Şərqdən olan çoxsaylı alıcıları görmək mümkündür. Bu ilin birinci yarısında İranın da Pakistan düyüsünü idxal edəcəyi gözlənilir. Potensial alıcı olan Çinin isə hələ ki, gözləmə mövqeyində qalacağı və dördüncü rübün sonuna ki, Pakistan düyüsünü idxal edəcəyi gözlənilmir.
"Bununla belə tələbin artmasını, logistikadakı problemləri nəzərə alaraq qiymətlərin daha da artacağı ehtimal edilir. Belə ki, iri gəmidaşıma şirkətləri Yaxın Şərqdəki məlum hadisələrə bağlı Qırmızı dəniz vasitəsilə tranziti dayandırıblar. Bununla əlaqədar olaraq Pakistandan Qərbi Afrika, Avropa və Şimali Amerikaya fraxt tarifləri kəskin artıb. Bu ilin yanvarın 1-dən Aİ-nin tullantılarla ticarət sisteminin güvvəyə minməsi ilə əlavə rüsumun tətbiq edilməsi ilə isə Avropaya fraxtı artıracaq", - hesabatda deyilir.
Qeyd edək ki, ötən il Azərbaycanın əsas düyü tədarükçüsü (10 aylıq idxal həcminin 85 %-i) Hindistan olsa da Pakistandan düyü alışı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Pakistandan 1 min 703 ton düyü alıb ki, bu da bir il əvvəlki göstəricidən 82 % çoxdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb
Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu
15 sentyabrMal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl
25 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrBakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml
26 sentyabrQızılın son qiymətləri bəlli oldu
30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5
30 sentyabrMehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını
1 oktyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabr