Prezident İlham Əliyev: "Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı çoxşaxəlidir"
"Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır".
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşündə bildirib.
Ötən ilin oktyabrında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğunu xatırladan dövlətimizin başçısı deyib:
"Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır".
Prezident İlham Əliyev əlavə edib ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Birləşmiş Ərəb Əmirliklərinin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 692 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan xalqının xilaskarı - Heydər Əliyev
Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl
8 iyunBu institut ləğv edilir
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə
10 iyun"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyun