Prezident: "Yeni Laçın-Xankəndi yolunun çəkilməsi 23 aprel hadisələrinin təməlini qoymuşdu"
"İkinci Qarabağ müharibəsi başa çatandan bir müddətdən sonra yerli ermənilərin bəziləri bizim nümayəndələrimizə çıxaraq təmaslar haqqında təkliflər vermişdilər və biz də imtina etmədik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Məqsədimizin ölkəmizin suverenliyini tam bərpa etmək və burada yaşayan əhalini vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya biləcəyinə inandırmaq olduğunu xatırladan dövlətimizin başçısı bildirib:
"Bizim niyyətimiz çox açıq, aydın idi və o təmaslar əsnasında bəzi müsbət addımlar da atılmışdır. Yəni ki, yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzə qaytardıq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 791 Tarix: 10 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyunPrezident portuqaliyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca
10 iyunPrezident sloveniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v
25 iyunHüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal
25 iyun