İrəvandan Bakıya çağırış: Əməkdaşlığı gücləndirək!
Ermənistanın Əsir, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyası Azərbaycan tərəfinə əməkdaşlığı gücləndirmək çağırışı edib.
Bu barədə komissiyanın bəyanatında bildirilib.
"Ermənistan dəfələrlə, o cümlədən yüksək səviyyədə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib", - bəyanatda vurğulanıb.
Komissiya qeyd edib ki, 90-cı illərin əvvəllərindən 993 erməni - Ermənistan vətəndaşı və Qarabağ ermənisi itkin düşmüş hesab edilib və İrəvan onların taleyinə aydınlıq gətirməkdə maraqlıdır.
Xatırladılıb ki, 90-cı illərdə həlak olmuş 140 azərbaycanlının cənazəsi Bakıya təhvil verilib.
"Ermənistan 2020-ci ilin noyabrından başlayaraq 44 günlük müharibədə həlak olan 51 azərbaycanlının, o cümlədən 90-cı illərdə həlak olmuş 50-yə yaxın insanın cəsədinin mümkün dəfn olunduğu yerləri göstərən topoqrafik materialları Azərbaycana verib", - bəyanatda iddia edilib.
Qeyd edək ki, 90-cı illərdə itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dəfələrlə Ermənistana çağırış edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 914 Tarix: 27 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr