Ekspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"
"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib.
O, "Report"a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır.
P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağının istismarı nəticəsində ətrafda olan bütün çaylar, su ehtiyatları radioaktiv maddələrlə çirkləndirilir:
"Ermənistanın yüzdən çox qeyri-hökumət təşkilatı bu barədə etiraz bəyanatı yayıb. Biz bu məsələni ötən il dəfələrlə qaldırmışdıq. Yatağın istismarı təkcə Ermənistan çərçivəsində deyil, bütün regionu, hətta planeti təhdid edir. Qızılın istismarı üçün bir çox ölkələrdə qadağan olunan sianogen texnologiyasından istifadə edilir. Bu maddələr burada olan İstisu mineral su yatağı, Göyçə gölü, Arpaçay, Xəzər dənizi üçün ciddi təhdiddir. İstismar zamanı maddələrin çaylar vasitəsilə dənizə tökülməsi ümumilikdə Mərkəzi Asiya ölkələri üçün də problemdir".
Onun sözlərinə görə, Ermənistan və həmin yatağı istismar edən "Lydian" şirkəti tərəfindən ətraf mühitə mümkün təsirin qiymətləndirilməsindən ötrü cəlb olunan xarici şirkətlərin hesabatında bu texnologiyadan istifadə qeyd edilməli idi. P.Vəliyeva bildirib ki, belə bir texnologiyanın istifadəsi qiymətləndirmənin özünə ziddir.
"Yatağın istismarı zamanı aparılan qiymətləndirmə zamanı ətraf-mühitə təsir nəzərə alınmayıb. Ermənistan tərəfi Amuldağ qızıl yatağında monitorinq aparılmasına şərait yaratmalıdır. Biz AFP koalisiyası olaraq bütün bəyanatlarımızda olduğu kimi yenə də həmin şirkətlərə səslənirik. Həm yerli şirkət, həm səhmdarları olan digər xarici şirkətlərə səslənirik ki, həmin yatağın istismarını dayandırsınlar və ya ətraf-mühitə təsirin qiymətləndirilməsi sənədlərini öz veb-saytlarında təqdim etsinlər. Bu məlumatlar əhaliyə açıq olsun. Tələb edirik ki, xarici ekspertlər Azərbaycanın ictimai, səhiyyə və ekologiya sahəsində fəaliyyət göstərən ekspertlərə, qeyri-hökumət təşkilatları icmalarına icazə versinlər ki, gedib o yatağı monitorinq etsinlər. Burada ekspertiza işləri aparılsın, yatağın fəaliyyəti ilə yerində tanış olsun, müəyyən ölçmə işləri, nümunələr götürülsün. Monitorinq aparılmasına qarşı tərəf əlverişli şərait yaradılsın".
Xatırladaq ki, "Environmental Protection First" (EPF) Koalisiyası Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyir və qızıl yatağında monitorinq aparmağa hazır olduğuna dari bəyanat yayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrAİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil
29 sentyabrAzərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb
Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu
15 sentyabrBakıda avtobuslarla sərnişindaşıma 6 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 335,6 milyon sərnişin səfəri həyata keçirilib. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyn
28 sentyabrBrent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü
Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla
17 sentyabrƏtin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
29 sentyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabr