Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilər? - AÇIQLAMA

Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilər? - AÇIQLAMAMəlum olduğu kimi, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Eyni zamanda, , Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib. Avropa İttifaqının da Azərbaycana qarşı qərəzli mövqeyinin şahidi olmuşuq. Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı dayandırılacağı təqdirdə, Azərbaycana qarşı sanksiyalar tətbiq oluna bilər?

Məsələ ilə bağlı, politoloq Turab Rzayev Sonxeber.az-a bildirib ki, özlüyündə bu problem sanksiyalara gətirib çıxaracaq bir məsələ deyil. AŞPA-nın Azərbaycanın səsvermə hüququnun dondurması tamamilə siyasi bir addımdır:

"Bunun hansısa iqtisadi və digər bir effekti yoxdur. AŞPA-nın özünün hansısa bir qərar verməsidə Avropa İttifaqı üçün bağlayıcı deyil. Avropa İttifaqı üçün hansısa icraedicvə məcburedici gücü yoxdur. Burada AŞPA daha çox məsləhət-məşvərət xarakterli rol oynayır. İcra etdiyi qərarlarıda Avropa İttifaqına göndərir. Bu baxımdan hansısa şəkildə Azərbaycanla sanksiyaların bir əlaqəsi yoxdur. Ancaq digər tərəfdən Avropa İttifaqının Azərbaycana qarşı sistemli təzyiqi mexanizminin bir hissəsidirsə, AŞPA-nın bu qərarı ilə Avropa İttifaqı Azərbaycana xəbərdarlıq etmək mahiyyəti daşıyırsa, bunun davamı gələcəksə, əlbəttə ki, o zaman Azərbaycana qarşı növbəti mərhələlərdə daha sərt addımların atılmasını görə bilərik".

Turab Rzayev qeyd edib ki, ilkin olaraq bununla bağlı, cəmi iki faktor qeydə alınıb. Bunlardan birincisi odur ki, AŞPA deputatları Azərbaycanın səsvermə hüququnu dondurduqdan sonra, daha sonra Avropanın Fransanın tətbiq etdiyi sanksiyaya qoşulmağa çalışıb:

"Bu ciddi bir xəbərdarlıqdır. İkinci məsələ isə paralel olaraq AŞPA Azərbaycanın deputatlarının mandatını dayandırmaq barədə qərar verdiyi bir dövrdə Avropa İttifaqının rəsmisi açıqlama verdi. Ad çəkərək bildirdi ki, guya Azərbaycan Ermənistanı işğal etmək istəyir və Ermənistan ərazilərini istəməsi ilə bağlı iddiaları var. Bununla Azərbaycanı ittiham elədi. Buradan görünür ki, təkcə AŞPA-nın yox, Avropa İttifaqının Azərbaycan ilə bağlı problemləri var. Bunu həll etmək üçün Azərbaycan hakimiyyətində siyasi təzyiq göstərməyə çalışırlar. Ona görə ola bilər ki, növbəti mərhələdə biz Avropa İttifaqının Azərbaycan əleyhinə daha ciddi addımlar atdığını görəcəyik".

Politoloqun sözlərinə görə, bu addımlar fayda verməsə, Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı normallaşdırma prosesi getməsə, məhz o halda Avropa İttifaqının Azərbaycan əleyhinə daha ciddi tədbirlər görmə ehtimalı var:

"Bu isə daha uzaq bir perspektivdir. Çox uzunçəkən bir prosesdir və bu müddətdə Azərbaycan və Avropa İttifaqı rəsmiləri dil tapa bilsinlər. Çünki daha əvvəl ABŞ ilə münasibətlər gərginləşmişdir və daha sonra Antoni Blinkenin dövlət başçısına zəngi ilə, ABŞ-nin Azərbaycan rəsmilərinə qoyduğu yüksək rütbəli şəxslərə qoyduğu sərhəd sanksiyasını götürməsi, Obraynın Bakıya səfəri və cənab prezidentlə görüşməsi ilə bu ölkə ilə münasibətlər normallaşdı. İndi ola bilsin ki, paralel hadisələr ola və daha sonra təşkilat ilə münasibətlər normallaşa bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1612   Tarix: 31 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr