Rusiya Federasiya Şurası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Sonxeber.az report-a istinadən xəbər verir ki, senatorlar fevralın 5-dən 8-dək Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidəsində iştirak edəcəklər:
"Nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin rəhbərlik edəcək", - məlumatda qeyd edilib.
Bildirilib ki, parlamentarilər MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyalarının xətti ilə Azərbaycana yola düşəcəklər.
Müşahidəçilər sırasına Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Federasiya Şurasının Federal struktur, regional siyasət, yerli özünüidarəetmə və şimal məsələləri üzrə komitə sədrinin müavini Anatoli Şirokov və Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü Aleksandr Başkin daxildir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?