Xırdalanda dəhşətli qətl: "Arvadım evdən qaçmışdı, mənə xəyanət etdiyini dedi"
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Səadətdin Nuriyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, Səadətdin Nuriyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2022-ci ilin noyabrında Abşeron rayonunun Xırdalan şəhəri, "AAAF Park" yaşayış kompleksində qeydə alınıb. Belə ki, 28 yaşlı Əfsanə Nuriyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bildirilib ki, o, həyat yoldaşı 30 yaşlı Səadətdin Nuriyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla öldürülüb.
Məlum olub ki, Səadətdin Nuriyev qətli törətdikdən sonra qaçıb. İddialara görə, hadisədən əvvəl ər-arvad arasında mübahisə olub. Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə istintaqında Səadətdin Nuriyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadə vermək istəmədiyini, ünvanlanan sualları cavablandırmaq istədiyini bildirib. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq deyib ki, Əfsanə Nuriyeva evdən qaçıb getdiyinə görə onu öldürüb. Arvadı 3-4 ay əvvəl evdən qaçıb gedib. O, arvadının evdən qaçıb harada qaldığını bilmədiyini, Əfsanəyə neçə bıçaq zərbəsi endirdiyini yadından çıxardığını, hadisəni törətdikdən sonra Yasamalda polisə təslim olduğunu söyləyib.
Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq deyib ki, arvadını ona xəyanət etdiyinə görə öldürüb:
"Qadının özünün dediyinə görə, mənə xəyanət edib. Arvadımla görüş zamanı nə səbəbə evdən qaçdığını soruşdum və evə qayıtmalı olduğunu bildirdim. Lakin Əfsanə qeyd etdi ki, həyatı çöldədir. Başqa kimsə mənə arvadımın xəyanət etməsi barədə məlumat verməyib".
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1794 Tarix: 02 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustYatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabrQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqustQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustBakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c
26 avqust