Aliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu
Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Araşdırmalar zamanı məlum olub ki, Əhməd 2008-ci ildə Zülfiyyə adlı qadınla ailə həyatı qurub. Onların 2 övladı dünyaya gəlib. Lakin sonradan boşanıblar.
Qadın aliment tələbi ilə məhkəməyə müraciət edib və geridə qalan müddət üçün 9668 manat alimen borcu toplanıb. Lakin Əhməd ilk aydan aliment ödəməkdən imtina edib. Bu səbəbdən 2021-ci ildə onun barəsində Cinayət Məcəlləsinin 306-cı (Məhkəmə qərarının qəsdən icra edilməməsi) maddəsi ilə iş açılıb. O, 1 il həbsə məhkum edilib və 2022-ci ildə azadlığa çıxıb.
Bundan sonra icra məmuru Əhmədə aliment borcunu ödəməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, o, yenə pul ödəmək istəməyib. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 528-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsinə əsasən əvvəlcə 10 gün, daha sonra isə 15 gün müddətinə həbs edilib.
Bütün bunlara baxmayaraq, Əhməd aliment ödəməkdən qərəzli şəkildə imtina etməyə davam edib.
Bu səbəbdən ona növbəti dəfə 306-cı maddə üzrə cinayət işi açılıb. İş baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmədə Əhməd borcundan 4 min manat ödəmək qabiliyyətində olduğunu deyib. Lakin onun keçmiş xanımı borc kimi toplanan bütün məbləği ödəməsini tələb edib.
Məhkəmənin budəfəki hökmü ilə Əhməd 1 il 6 ay müddətinə həbsə məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 267 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı
Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm
29 avqust 2021Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat
4 sentyabr 2021Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə
28 avqust 2021Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT
Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya
22 avqust 2021Balakəndə narkotacirlər ələ keçdi
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə
28 avqust 2021Qaxda baş verən yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat
25 avqust 2021Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral
11 sentyabr 2021Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ
Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini
25 avqust 2021