Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıb

Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıbAzərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu bəyanat yayıb.

Bəyanatda deyilir:

"2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni "Nazione" hərəkatını təsis edib.

Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna hörmət göstərməyərək hərəkatın yaranmasından iki gün sonra "Nazione"nin fəallarına qarşı təqiblərə başlayıb.

Yanvarın 30-da "Nazione"nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Fransa polisi "Nazione"nin fəallarının evlərinə hücum çəkərək qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edib, evlərini dağıdıb, uşaqların oyuncaqlarını qəsdən sındırıb. Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparılıb.

Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içərisində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə dağıdılması riyakarlıqdır. Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir.

Bu gün də Fransa polisinin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır. Lakin fevralın 2-də "Nazione" hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini dayandıra, onu boyun əyməyə məcbur edə bilməz.

Xatırladaq ki, 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib.

Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız "fransız" anlayışını qəbul edir ki, bunun özü şovinizmdir.

Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan "İnsan və vətəndaş hüquqları bəyannaməsi" də var. Həmçinin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "Uşaq hüquqları Konvensiyası", "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası", "Əsas hüquqlar üzrə Avropa Xartiyası", "Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi", UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, "Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası" və s. buraya daxildir.

Azərbaycan Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu olaraq:

- Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;

- Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik;

- Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır;

- Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edirik".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 688   Tarix: 03 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr