"İnsanların seçkidə ürəklə iştirak etdiyi hiss olunur"
"Azərbaycanda seçkilər modern texnologiyaların iştirakı ilə keçirilir. Mənim ölkəm Laosda hələ də köhnə qaydalar tətbiq olunur. Şəffaf mürəkkəblərdən istifadə, onun izinin xüsusi qurğu ilə yoxlanılması mənim üçün yenilik oldu".
Sonxeber.az xəbər verir ki, bunu APA-ya The ASEAN lnterParlamentary Assembly-nin nümayəndə heyətinin rəhbəri Sanya Praseuth Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edərkən deyib.
Qeyd edək ki, sözügedən təşkilatı təmsil edən 3 nəfərlik qrup Laosdan gəlib.
21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən xarici nümayəndələr seçki prosesinin qanunlara uyğun şəkildə keçirilməsindən məmnunluq duyduqlarını bildirdilər:
"Azərbaycan xalqının seçkiyə bu qədər böyük həvəslə qatılması heyranedicidir. Onlar öz gələcəklərinə səs verirlər. Təşkilatçılıq yüksək səviyyədədir. İnsanlar çox pozitivdirlər, seçkidə ürəklə iştirak etmələri hiss olunur. Hələlik hər şeyin yüksək səviyyədə olduğunu deyə bilərəm", - deyən nümayəndə heyətinin rəhbəri ilk dəfədir xarici ölkədə müşahidəçi kimi iştirak etdiyini də əlavə edib.
O bildirib ki, bu onun Azərbaycana ilk səfəridir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 817 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr