Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi: "Azərbaycanın seçiciləri çox qürurludur"
Xankəndiyə ezam olunan türkiyəli müşahidəçi Azərbaycan seçicilərinin çox duyğulu və qürurlu olduğunu bildirib.
Bu barədə "Report"un Qərb bürosuna Xankəndiyə ezam olunan türkiyəli deputat Osman Mesten deyib.
O qeyd edib ki, seçkini izləməyə TÜRKPA heyətində Türkiyədən 8 deputat, Qazaxıstan və Qırğızıstan parlamentlərinin hər birindən 1 deputat Azərbaycana gəlib: "Bu, bizim üçün çox həyəcanlı və tarixi missiyadır. Çünki işğaldan azad edilmiş Qarabağ torpaqlarında ilk dəfə seçki keçirilir. Burada müşahidəçi olmaq da bizə qismət oldu".
Müşahidəçiliyə Şuşadan başladıqlarını deyən türkiyəli deputat vurğulayıb ki, daha sonra Xankəndiyə gələrək buradakı seçki prosesini izləməyə başlayıblar: "Ulu öndər Heydər Əliyevin təbirincə biz "tək millət, iki dövlət" deyirdik. Bundan sonra türk birliyi olaraq, "tək millət, yeddi dövlət" olacağıq. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bütün türk dünyasının zəfəridir. Hazırda bunu da qeyd edirik. Azərbaycan seçiciləri də çox duyğulu və qürurludur. Bunu görmək xoşdur. Bu seçkilərin Azərbaycana və bütün türk dünyasına uğurlu olmasını diləyirəm".
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?