Səyahət edənlər sığortadan yararlana bilər? - VİDEO
Xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə ödənişlər artıb. Ötən ilin yanvar-fevral aylarında bu tip sığorta yığımları 6 milyon 22 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 848 min manat və ya 16.4 faiz çoxdur.
Sonxeber.az xəbər verir ki, sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov "Xəzər Xəbər"ə açıqlama verib.
O, deyib ki, hazırda həm ölkə daxilində, həm də xaricdə səfərlər zamanı sığorta mexanizmi aktivdir. Yəni vətəndaş səfərdə olduğu günlərim sayına və səyahət etdiyi məkana görə, könüllü ödəniş edərək səyahət sığortası əldə edir. Həm sığorta haqqı, həm də dəymiş zərərə görə ödəniləcək vəsaitin məbləği şəxsin istəyinə müəyyən edilir.
Ekspert bildirir ki, bəzi hallarda dəymiş zərərə ödənişlərin alınması mümkün olmur. Buna da əsas səbəb zərərin səbəbinin araşdırılması və sənədləşdirilməsi, müvafiq sığorta şirkətinə təqdim edilməsi prosesinin kifayət qədər mürəkkəb olmasıdır.
"Əsas problem odur ki, sizin sığorta hadisəsi ilə bağlı həmin yerdə məlumat verməyinizdir. Məlumat verdikdən sonra sığorta hadisəsini isbat edən qəbzlər və qaimələr olur. Qaimə fakturalarını yığıb gətirdiyiniz təqdirdə, xarici ölkədirsə bunun tərcüməsi olacaq. Mərkəzi bankın səyahət sığortası ilə bağlı sığorta yığımları və ödənişlərinin statistikasına baxırıq. Orada görürük ki, sığorta ödənişləri daha az olur. Az olmasına səbəb sənədlərin və prosedurların mürəkkəb olmasıdır".
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 812 Tarix: 09 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrBakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12 oktyabrSabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
12 oktyabrBöyük qələbələrə aparan 23 il
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı
12 oktyabr