Əməkdar artist Dilarə Əliyeva: "Oqtay gücünü mənə verib"
"Oqtay Əliyevin adı ilə bağlı televiziya üçün mükafat tərtib etmək istərdim. İl ərzində televiziyada sözün əsl mənasında fərqlənənləri, sözünü deyə bilənləri, işini bacaranları həmin nominasiya üzrə mükafatlandırmaq istərdim. Fərq etməz, bu İncəsənət Universitetində, İncəsənət Gimnaziyasında, akademik sənət dərsləri öyrədən bir məktəbdə tələbələrə təqdim oluna bilər".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva verilişlərin birində mərhum həyat yoldaşı, tanınmış prodüser Oqtay Əliyev haqda danışarkən deyib.
Aktrisa onun gücünü özündə hiss etdiyini qeyd edib:
"Televiziya sahəsində Oqtaydan çox şey öyrənmişəm. Əgər bu gün işlər yaxşı gedirsə, o deməkdir ki, Oqtay yaxşı müəllim olub. Mən də yaxşı tələbə olmuşam, bu gün də öyənirəm. İnsan hətta işini bilməyəndən də nəsə öyrənir, başa düşür ki, nəyi etmək olmaz. Oqtay gücünü də mənə verib gedib. Onda "bu alınmır", "olmaz", "bilmirəm nə edim" kimi kəlmələr yox idi. Elə bir çıxılmaz məqam olur ki, onun gücü mənə gəlir və fikirləşirəm ki, Oqtay olsaydı, vəziyyətdən belə çıxacaqdı.
Ən güclü xarakteri insanlara dəstək olmaq idi. O zənglər ki, Oqtaya gələrdi, kömək istəyərdilər, indi də davam edir, ünvan dəyişməyib. Mən də heç kimə yox deyə bilmirəm, hamıya qulaq asıram, bacaranda kömək edirəm, bacarmayanda isə ürəyim yanır ki, yardım edə bilmədim".
Qeyd edək ki, O.Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1004 Tarix: 09 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
12 oktyabrDTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12 oktyabrMəktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrVahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?
Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın
13 oktyabrBu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind
12 oktyabrXoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabr