Qızılca yeni canlar almaqda... - Professordan XƏBƏRDARLIQ
Qızılca yenə canlar alır. Dünən Astara rayonunda 6 yaşlı uşaq qızılcadan ölüb. Hadisə rayonun Maşxan kəndində baş verib. Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ə.-də 4 gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bu gün də daha bir nəfər qızılcadan vəfat edib. Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib.
Ölüm halları niyə azalmır? Niyə virusa qalib gəlmək olmur?
Həkimlər arasında fikir ayrılıqları yaranıb. İnfeksionistlər xəstəliyin formasını dəyişmədiyini deyir, pediatrlar isə tam əksini deyir. Ənənəvi halda qızılca zamanı səpgilər 3-5 gün ərzində yaranırdısa, hazırda qızılcaya yoluxanların əksəriyyətində səpgilər bir həftədən sonra aşkara çıxır. Bu, həkimləri də çaşbaş salıb, valideynləri də. Ağırlaşmaların olmasını həm də bununla əlaqələndirirlər. Üstəgəl, yaşlıların da virusdan ağırlaşması, hətta ölməsi virusun qeyri-ənənəvi formada özünü büruzə verdiyini göstərir.
Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib:
"Hazırda dünyanın əksər ölkələrində qızılcanın yeni formada özünü göstərməsi alimlərin, tibb işçilərinin diqqətindən yayınmır. Bu, təkcə vaksinasiya olunmamaqla bağlı deyil. Həm də virusun yeni xassə göstərməsinə bağlıdır. Qızılca RNT daşıyıcı virusdur, dəyişikliyə uğrayır. Dəyişikliyə uğradıqda yeni xassə qazanır. Ümumiyyətlə, Azərbaycanda bir müddət insanlar milli peyvənd təqviminə daxil olan qızılca vaksinasiyasından yayınıblar. Nəinki qızılcadan, digərlərindən də yayınıblar. Qızılca milli peyvənd təqvimi ilə uşaqlara 1 və 10 yaşında vurulur, bununla da immunitet yaranır. Düzdür, vaksinasiya olunan şəxslər də qızılcaya yoluxa bilər. Amma onlarda təhlükəli ağırlaşmalar olmur".
Həkim əlavə edib ki, hazırda qızılcanın bu şəkildə geniş yayılması müəyyən yaş kateqoriyasına aid olan uşaqların vaksindən kənarda qalması deməkdir:
"Bu cür ağırlaşmaların olması təbiidir. Çünki kütləvi yoluxmaların fonunda ölüm hallarının olması təbiidir. Nəzərə alaq ki, qızılcadan ölüm halları ağciyərin iltihabına, pnevmoniyaya və beyin ödəminə bağlıdır. Bu cür ağırlaşmalar baş verdikdə əlbəttə, gözlənilməz mənfi nəticələr çox olur. Qızılca ayrı-ayrı orqanizmlərdə müxtəlif cür gedişatla özünü göstərə bilər. Yəqin ki, hansısa immun sistemə aid müdafiə mexanizmləri var ki, bir sıra uşaqlar bunu ayaqüstü keçirir, bəziləri isə çox ağır keçirir. Ona görə də xəstəliyə ciddi yanaşılmalıdır. Xəstələnməyən uşaqlar vaxtında peyvənd olunmalıdır. Xəstələnənlər dərhal yataq rejiminə keçirilməlidir ki, bu ağırlaşmalar baş verməsin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar