SON DƏQİQƏ! Bu tarixdə benzin və dizel bahalaşacaq
Hazırda güclü tələb fonunda qlobal neft hasilatı imkanları məhduddur. Böyük Britaniyanın BP şirkətinin rəhbəri Mutrrey Okinklossun investorlarla söhbət zamanı deyib ki, dünyada dizel istehsalı güclərində çatışmazlıq var, gələcəkdə benzin istehsalı ilə bağlı da eyni vəziyyət yaranacaq. BP rəhbəri həmçinin, neft emalı sahəsində bir çox zavodların fəaliyyətini dayandırdığını bildirib. Bəs görəsən bu proqnozların fonunda dünyada və Azərbaycanda yanacaq məhsullarının qiymətində bahalaşma gözlənilirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bilidirib ki, dünyada neft hasilatına əvvəlki kimi investisiya qoyulmur:
"Dünya bazarında özünü göstərən istənilən dəyişik təbii olaraq Azərbaycana da təsiri edir. "BP" rəhbərliyinin benzin və dizellə bağlı açıqlamasında müəyyən həqiqət var. 2021-ci ildən bəri neft hasilatına və neft ehtiyatlarının müəyyən edilib üzə çıxarılması üçün həyata keçirilən kəşfiyyat işlərinə çox az səviyyədə investisiya qoyulur. Ümumiyyətlə, məlum olduğu kimi, hər hansı bir sahəyə investisiya qoyulmadıqda həmin sahənin tənəzzülü başlayır. Əvvala, neftin qiyməti son vaxtlar çox tez-tez dəyişir və bu sahədə olan iri şirkətlər əllərindəki maddi imkanı istehsalata o qədər də yönləndirmir".
Ekspert yaxın gələcəkdə benzin və dizelin qiymətində bahalaşmanın olacağını istisna etməyib:
"Məsələn, elə "BP" şirkətinin özü Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə neft sahəsində investisiya qoyurdu. İndi isə dünyadakı geosiyasi vəziyyətə görə neft hasilatı ilə məşğul olan transmilli şirkətlər əvvəlki kimi gedib hansısa ölkədə investisiya yatırmağa həvəsli deyil. Bu isə bütün dünyada neft sənayesinə ciddi zərbə vurur. Neft emalı müəssisələri azalır. Əgər bu davamlı xarakter alarsa, bazarda neftdən alınan məhsulların, o cümlədən benzin, dizel kimi yanacaqların qiymətinin qalxması qaçılmaz olacaq. Belə bir ehtimal gözlənilir. Digər tərəfdən alternativ enerji mənbələri sayılan "yaşıl enerji"yə investisiya daha çox qoyulur. Avropada bir çox ölkələr artıq öz enerji tələbatlarını məhz alternativ enerji mənbələri hesabına ödəyir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA
Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind
16 sentyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrƏtin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
29 sentyabrADY: Astara Terminalında yük aşırılması 30 % artıb
Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi
22 sentyabrƏməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi
23 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 98,43 dollara düşdü
Fars körfəzi bölgəsindən tədarükün artması ümidləri fonunda neft qiymətləri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,82 dollar (0,83%) azalaraq 98,43 dollar/barel təşkil edib
23 sentyabr