Bərbərin bədənində kəsmədiyi yer qalmadı: Bakıdakı cinayətin təfərrüatı - VİDEO

Bərbərin bədənində kəsmədiyi yer qalmadı: Bakıdakı cinayətin təfərrüatı - VİDEO2022-ci il dekabrın 16-da Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 174 ünvanında yerləşən kişi salonunda paytaxt sakini İlkin Qurbanlının meyiti aşkar edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayəti törədən İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü İsmət Qədirov saxlanılıb.

İstintaqla müəyyən edilib ki, oktyabrın 1-də aralarında yaranan mübahisədən sonra İsmət Qədirov İlkin Qurbanlının ortaq tanışlarının yanında onun barəsində nalayiq ifadələr işlətməsini düşünüb. Bunu bəhanə edən İsmət dekabrın 16-da saat 13 radələrində salona gələrək, üzərindəki mətbəx bıçağı ilə İlkinə zərbələr vuraraq, onu öldürüb.

İş üzrə dindirilmiş İsmət Qədirov bildirib ki, 4 ildir bərbərlik fəaliyyəti ilə məşğuldur. İlkin Qurbanlını 2022-ci ilin may ayından tanıyıb. O, İlkin və Vüsal adlı şəxs eyni kişi salonunda çalışıblar.

Onun sözlərinə görə, satmaq məqsədilə bir tanışından ətirlər alıb. İlkinin Elməddin adlı tanışı 2022-ci il sentyabrın 20-də ondan bir ədəd ətir götürüb və pulunu sonra verəcəyini deyib. Amma bir neçə gün keçsə də, həmin şəxs pulu verməyib. Oktyabrın 1-də borca görə salonun elektrik enerjisi kəsilib. Vüsal təxminən 90 manat borclarının bir hissəsini vermək lazım olduğunu söyləyib. Həmin gün onun üzərində 23 manat pul olub. İlkinə deyib ki, tanışı Elməddinin götürdüyü ətirin pulundan heç olmasa 10 manat versin, amma iş yoldaşı üstündə cəmi 5 manat olmasını bildirib və "ətir satanın" ünvanına nalayiq ifadə işlədib.

Ətir satdığı üçün İlkindən kimi söydüyünü soruşduqda, İlkin ona ətir gətirənləri nəzərdə tutduğunu deyib. Müştəri az gəldiyinə və iş zəif olduğuna görə o, oktyabr ayında həmin salondan çıxaraq, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində icarəyə yer götürüb. Amma orada da çox işləməyib. Noyabrın ortalarında əvvəl işlədiyi salona gedib. Müştərilərin yanında onun barəsində nalayiq ifadələr işlətdiyini soruşanda, İlkin onun haqqında pis heç nə söyləmədiyini deyib. Dekabrın 11-də 20 Yanvar küçəsində icarəyə yeni yer götürüb, yenidən bərbərlik fəaliyyətinə başlayıb. Öz müştərilərinə bu barədə xəbər etsə də, bəziləri onun yanına gəlməkdən imtina edib. Ürəyində şübhə yaranıb ki, İlkin müştərilərin yanında onun arxasınca danışıb, amma bunu ona üzbəüz deyə bilməyib.

Dekabrın 16-da İlkini öldürmək qərarına gəlib və bu məqsədlə xırdavat dükanından mətbəx bıçağı alıb. Saat 12 radələrində İlkinin işlədiyi salona yollanıb. İçəri keçəndə İlkinin paltar şkafının qarşısında telefonda nəyəsə baxdığını görüb. Gödəkçəsinin iç cibindən bıçağı çıxararaq cəld şəkildə onun ürək nahiyəsinə güclü zərbə vurub. Daha sonra İlkinin bədəninə və ayaqlarına da çoxsaylı xəsarət yetirib. Salonda olan İlkinin iş yoldaşlarından Sahillə Əfqan bıçağı İsmətin əlindən almağa çalışanda hər ikisi əllərindən xəsarət alıb. İlkin isə aldığı xəsarətlərdən elə yerdə uzanıqlı vəziyyətdə keçinib. Daha sonra polis əməkdaşları gəliblər və onu polis şöbəsinə aparıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Qədirov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1538   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust