"Ermənistanın Qazaxın 7 kəndi və Kərkini qaytarmaqdan başqa hansısa bir alternativ variantı yoxdur" -POLİTOLOQ

"Ermənistanın Qazaxın 7 kəndi və Kərkini qaytarmaqdan başqa hansısa bir alternativ variantı yoxdur" -POLİTOLOQAzərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri də Ermənistan ərazisində qalan və işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlıdır. Bu ilin sonuna qədər Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndi geri qaytarıla bilərmi?

Məsələ ilə bağlı politoloq Tural İsmayılam Sonxeber.az-a açıqlama verib.
"Ermənistanın Qazaxın 7 kəndi və Kərkini qaytarmaqdan başqa hansısa bir alternativ variantı yoxdur" -POLİTOLOQO bildirib ki, Ermənistanın Azərbaycana qarşı olası təxribatlarının qarşısını almaq üçün işğalda olan kəndlərimiz geri qaytarılmalıdır:

"Qazaxın işğal altında olan yeddi kəndi Azərbaycana geri qaytarılmalıdır.Bu anklav kəndlərimiz bir çox strateji yüksəkliklərdən ibarətdir. Bu da öz növbəsində Ermənistan kəndlərindən Gürcüstana gedən yollara çox rahat şəkildə nəzarət etmək imkanları yaradır. Naxçıvanın Kərki kəndi yerləşdiyi geostrateji mövqeyə görə çox önəmli ərazidir. Bundan sonra Ermənistanın Azərbaycana qarşı olası təxribatlarının qarşısını almaq üçün işğalda olan kəndlərimiz geri qaytarılmalıdır. Qazaxın işğal altında olan səkkiz kəndinin geri qaytarılmaması prosesin ləngiməsinin səbəbi delimitasiya komissiyalarının işinin Ermənistan tərəfindən yubadılması ilə bağlıdır. Ermənistanın bu prosesi sabotaj etdiyinə görə, kəndlərin siyasi və delimitasiya prosesi ilə bağlı hələ də ciddi addımlar atıla bilməyib. Amma, hazırkı vəziyyət onu göstərir ki, kəndlərin bu il ərzində Azərbaycana geri qaytarıla bilər. Çünki Ermənistanın Qazaxın işğal altında olan səkkiz kəndini qaytarmasından başqa hansısa bir alternativ variantı yoxdur".

Xatırladaq ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri , Naxçıvanın Kərki kəndi Ermənistan tərəfindən işğal edilib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1217   Tarix: 12 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT

"Azərbaycan xalqının taleyində elə tarixi günlər var ki, onlar təkcə müəyyən bir dövrün hadisəsi deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-i məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsində

9 iyun
.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun