Bakıdakı dəhşətli qətli lentə alan qonşunun hüquqi məsuliyyəti varmı? - FOTO

Bakıdakı dəhşətli qətli lentə alan qonşunun hüquqi məsuliyyəti varmı? - FOTOÖtən gün bir ailənin üzvlərinin qətlə yetirilmə anları lentə alınıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, fevralın 13-də baş vermiş ağır cinayəti qonşu qapının gözlüyündən lentə alıb.

Cinayətkarın əməlini törədən zaman heç bir kömək etməyə çalışmayan, sadəcə, qətl anını lentə alan qonşunun hərəkəti müzakirələrə səbəb olub.

Vətəndaşların bir qismi videonu çəkən şəxs barədə müxtəlif fikirlər səsləndirib.
Bakıdakı dəhşətli qətli lentə alan qonşunun hüquqi məsuliyyəti varmı? - FOTOBəs qanun nə deyir?

Hüquqşünas Cavid Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, əgər qonşu cinayət hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyibsə, məsuliyyət daşıyır:

"Mövcud Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bakıdakı dəhşətli qətli lentə alan qonşunun hüquqi məsuliyyəti varmı? - FOTOMaddədə qeyd olunan cinayətin obyektiv cəhəti ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə xəbər verməmədə ifadə olunur. Xəbər verməmə dedikdə ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına, ya onların vəzifəli şəxslərinə bildirməməsi, ifadə olunan hərəkətsizliyi başa düşülür".

Qeyd edək ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 6969   Tarix: 14 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr