Qərbdən atılan xəyanət gülləsi: Revanşistlər xaricdən maliyyələşdirilirlər - TƏHLİL

Qərbdən atılan xəyanət gülləsi: Revanşistlər xaricdən maliyyələşdirilirlər - TƏHLİLErmənistanla şərti sərhədin Zəngilan istiqamətində erməni hərbi birləşmələri tərəfindən atəşkəsin pozulması və sərhədçimizin yaralanması sıradan təxribat deyil. Bu hadisə bir daha göstərdi ki, iki ölkə arasında möhkəm sülhü və bunun təminatçısı olacaq yekun sülh müqaviləsini əngəlləmək istəyən qüvvələr var. Son üç ilin gedişatı bu qüvvələrin hansı mərkəzlərdən idarə edildiyinin sirr olmadığını göstərir. Sülhün hansı dövlətlərin və beynəlxalq təşkilatların planlarını pozduğunu həm biz bilirik, həm ermənilər. Zəngəzur dəhlizinin açılması önündə yaradılmış maneələr, "mülki monitorinq" adı altında həyata keçirilən və "binokl diplomatiyası" adını almış casusluq missiyası, ən sonda isə sərhədçimizə açılmış bu xain atəş bir zəncirin sıx əlaqəli bəndləridir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Təxribata qocalar gedir

Atəşkəsin pozulmasından dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında özünü baş vermiş hadisədən faktiki olaraq kənarda tutması qənaətimizi təsdiqləyən çoxsaylı amillərdən biridir. Azərbaycanın həyata keçirdiyi "Qisas əməliyyatı" ilə atəş açılmış postun məhv edilməsi bu ehtimalı sübut etdi: ölən erməni hərbçilərinin hamısı hərbi çağırış yaşından, belə demək mümkündürsə, xeyli qocadırlar. Onlardan biri hətta 1957-ci il təvəllüdlüdür. Bu fakt ilk olaraq erməni mediası tərəfindən işıqlandırıldı. Güman ki, elə rəsmi İrəvanın təşəbbüsü ilə. İctimailəşən məlumata görə, məhv edilən quldurlar Ermənistanda fəaliyyət göstərən "Yerkrapa" veteranlar birliyinin üzvləri olublar. Bu könüllülər ittifaqında I Qarabağ müharibəsinin iştirakçıları toplaşıb və onların revanş ideyasının daşıyıcısı olduqları sirr deyil.
Ermənistan hakimiyyətinin dərhal atəşkəsi pozanlardan xəbəri olmadığı görüntüsünü yaratmaq istəyi bir sığorta cəhdi olsa da, rəsmi İrəvanı məsuliyyətdən qurtara bilməz. Birincisi, mediada və kütləvi aksiyalarda revanş çıxışları edən keçmiş döyüşçülərə hansı əsasla hərbi postlar həvalə edilir? Əgər edilirsə, bunun məsuliyyətini niyə hakimiyyət daşımamalıdır? İkincisi, bu təxribat avropalı "binokl-diplomatlar"ın məsul olduqları ərazidə baş verib. "Müşahidə missiyası"nı ölkəyə dəvət edən Paşinyan hakimiyyətidirsə, deməli, orada hökm sürən özbaşınalığa cavabdeh də onun özüdür. Üçüncüsü, Fransa və Hindistandan alınan silahlar, Qərb mətbuatına Paşinyanın verdiyi müsahibələrdə sülh prosesinə qarşı yönəlmiş pozucu və ziddiyyətli fikriləri elə həmin revanşistləri hərbçimizə atəş açmağa həvəsləndirən dövlət səviyyəli təxribatdır. Odur ki, Ermənistan Müdafiə Nazirliyinin yaxasını kənara çəkmək cəhdi bizdə maksimum sarkastik gülüşə səbəb ola bilər.

Revanşistlər əsasən xaricdən maliyyələşdirilirlər

Ermənistanda fəaliyyət göstərən hərbi-siyasi təmayüllü birliklər, revanşist ideologiyanın daşıyıcısı olan qurumlar əsas etibarilə xaricdən maliyyələşdirilir. Məsələn, "Voma". Onun lideri, keçmiş döyüşçü Vova Vartanov açıq və maneəsiz şəkildə müharibəyə hazırlıq təlimləri təşkil edir. Maliyyə mənbəyi qismində əsas etibarilə erməni diaspor təşkilatları çıxış edirlər. Onların fəaliyyət göstərdikləri ölkələrdə dövlət orqanları ilə sıx işbirliyində olmadıqlarına yalnız sadəlövhlər inana bilər. Məsələn, Fransada erməni diasporu az qala hökumət ortağı, Makron hakimiyyəti ilə bir koalisiyanın üzvləridirlər. Əlbəttə, söhbət tək Fransadan getmir, bu qənaəti bir çox Avropa və Qərb dövlətlərinə münasibətdə də söyləyə bilərik. Xüsusilə Avropadakı strukturlar, qitədaxili parlamentar qurumlarda Azərbaycana qarşı atılan çamurlar, ayrı-ayrı ölkələri təmsil edən parlamentarilərin bizə münasibətdə qərəzli yanaşmaları da bu qəbildən olan təzahürlərdir. Hədəf sülhə yol açacaq istənilən başlanğıcı bloka salmaq, iki dövlət arasında sülhün imzalanmasına əngəllər yaratmaq, Ermənistanın daxilindəki revanşist qüvvələri yemləməklə cəmiyyəti daimi təlaşda saxlamaq və bu yolla da regional prosesləri idarə etməkdir. Son 3 ildə bu istiqamətdə kimlər dəridən-qabıqdan çıxır, məlumdur. Atəşkəsin məhz Zəngəzur dəhlizi ərazisində baş verməsi "burada sülh olmayacaq" məzmunlu mesajdır, sülh prosesinə təhdiddir.

Ukrayna, Yaxın Şərq, Cənubi Qafqaz

Azərbaycan Prezidenti İlham Əliyevin son 4-5 ay ərzində sərhəddə sakitliyin hökm sürməsini deməsindən dərhal sonra atəşkəsin pozulması bu təxribatın arxasında duranların başlıca hədəfinin sülhə maneə yaratmaq olduğunu sübut edir. Gündə Qərbin bir hərbi məmurunun, yaxud dövlət rəsmisinin gəlib sərhəddə durub binoklla Azərbaycan ərazisini müşahidə etməsi, Çexiya vətəndaşı olan diversantın sərhədçilərimiz tərəfindən saxlanılması, Ermənistan rəsmiləri tərəfindən sülh məqsədi güdməyən bəyanatların səsləndirilməsi bəzi dairələrin Ukrayna və Yaxın Şərqdəki kimi bizim bölgəmizdə də sabitliyi pozmaq niyyətlərindən xəbər verir. Regionda həyata keçirilən iri iqtisadi və logistik layihələrin kimlərə sərf etmədiyi, kimlərin kənarda qalması bu niyyətlərin haradan qaynaqlandığına bir ipucudur. Regional vasitə Ermənistandır, onun daxilindəki alətlər isə guya hakimiyyətə tabe olmayan, ona müxalif qüvvələri.

Aydın şəkildə görünür ki, Qərb və ona inanmış, yaxud bəlkə də tabe olub çıxılmaz vəziyyətdə qalmış Ermənistan bu kimi təxribatlarla vaxt uzadıb yekun sülhdən yayınmaq niyyəti güdürlər. Məqsəd zamanla silahlanmaq, revanşist qüvvələrin öncüllüyü ilə cəmiyyəti yenidən Azərbaycana qarşı konsolidasiya edib ərazi iddialarını davam etdirməkdir. Erməni cəmiyyəti tarixi fiaskolarından nəticə çıxarmaq istəmir. Bilmir deyil, istəmir. İstəsə, çıxara bilər. Bu, erməni xalqının karmasıdır. Tarix göstərir ki, bu xalqı öz bəlasından, bədxassəli şişindən xilas etmək üçün ciddi "cərrahi əməliyyat"sız ötüşmək mümkün deyil. Sərhəddəki erməni hərbi postunun dərhal məhv edilməsi bu əməliyyatın hər an baş verə biləcəyinə işarədir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1074   Tarix: 18 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr