"Hüquq-mühafizə orqanları dedi, girmə, yenə öz bildiyimi elədim" - Kamildən ŞOK AÇIQLAMALAR

"Hüquq-mühafizə orqanları dedi, girmə, yenə öz bildiyimi elədim" - Kamildən ŞOK AÇIQLAMALARAzərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı barəsində Ermənistanda cinayət işi açılıb və axtarışa verilib.

Ermənistan Kamil Zeynallını erməni əsilli mülki şəxsi "vəhşicəsinə öldürməkdə" ittiham edir. O, bu həftə Moskvadan Bakıya dönərkən hava limanında saxlanıb. Azərbaycan diplomatik qurumlarının müdaxiləsindən sonra Kamil Zeynallı sərbəst buraxılaraq Bakıya dönüb.

Musavat.com Kamil Zeynallının "BBC News"a verdiyi müsahibəni təqdim edir:

- Kamil bəy, müharibədən sonra siz Moskvaya gedib-gələndə hər hansı yoxlama-araşdırma olurdumu?

- Son iki ay ərzində üç dəfə getmişdim. Hamısında məni yoxlayıblar, pasportumu alıblar, 15 dəqiqə sonra buraxıblar. Qayıdanda da saxlayıb yoxlayırdılar. Mənə də maraqlıydı ki, onlar məni niyə saxlayırlar.

Sən demə, Ermənistan məni İnterpol yox, MDB dövlətlərarası axtarışa verib. Axtarışa verəndə familyamda hərf səhvi yazıblar. Sərhəddə də baxanda hərf səhvi var buraxıblar [ad üst-üstə düşməyib].

Bu dəfə isə saxlayanda yoxlanış bir az dərin getdi: 40-45 dəqiqə, sonra polislər məni apardılar polis bölməsinə. Orda dedilər ki, Ermənistan tərəfindən axtarışa verilmisiz və sizi onlara təhvil verəcəyik.

Prokuror dedi ki, sənədləriniz bir-iki saata hazırlanır, ora məruzə eləmişik, sizi göndərəcəyik ora, yəni sürətli proses gedir. Mən də bir kənara çəkildim, telefonla video çəkib paylaşdım.

Sağ olsun, dövlətimiz tez reaksiya verdi, ordakı səfirliyimiz, lazımi qurumlar tez reaksiya verdilər və qabağa düşdülər.

- Dəqiqləşdirim: Sizi MDB dövlətlərarası axtarışa veriblər, eləmi?

- Bəli. Paşinyanın müavini və daxili işlər naziri indi açıqlama verib ki, nahaq məni sərbəst buraxıblar və Rusiya məni niyə Yerevana təhvil verməyib. İndi Rusiyadan açıqlama gözləyirlər.

- Ermənistanda barənizdə cinayət işi qaldırıldığından xəbəriniz var idimi?

- Bilirdim ki, onlar məndən yanıqlıdılar. Bilirdim ki, onlar nəsə edə bilərlər. Amma xəbərim yox idi, axtarış barəsində, xəbərim olsa, yəni o qədər ağılsız deyiləm də, axtarış olan yerdə aparıb özümü odun içinə atım.

- Bəs Azərbaycan tərəfində, hüquq-mühafizə orqanlarında belə bir məlumat yox idimi ki, sizi MDB dövlətlərarası axtarışa veriblər?

- Yox idi, ordan bura yığıb, Daxili işlər Nazirliyinin idarələrindən biri yığıb mənimlə bağlı axtarışa baxıblar. Baxıblar ki, mənim adım axtarışda yoxdu. Onda soruşublar ki, onu nəyə əsasən tutsunlar? Yenidən Rusiyaya veriblər ad-familyamı, araşdırıblar ki, öz hərfləri ilə yazıblar. Mənim adımda "K"-dan sonra [rus əlifbası ilə] "ya" yazıblar: "Kyamil" olub, məndə isə pasportda "Kamil" yazılıb. Buna görə hər dəfə məni buraxırlarmış. Bu dəfə isə saxladılar.

- İndi sizə "stop" qoyulub?

- Bəli, MDB dövlətlərinə giriş edə bilmərəm.

- Bununla bağlı siz hüquqi müstəvidə hər hansı hərəkət aparacaqsızmı?

- Yox, aparsaq da... Ermənistandı də. Nə aparsaq, boşunadı. Bilirsiniz də, burda prinsip söhbətləri var. Həm siyasi problemlər, siyasi söhbətlərdi iki dövlət arasında. Düşmənimizdi də. Adı üstündə, düşmənimiz. Ona görə onlar bundan vaz keçməzlər.

- Kamil bəy, bir video yayılıb. Məlumatlara görə, Ermənistan da sizi o videoya görə ittiham edir. Bir qoca kişinin başının kəsilməsi videosu... Bu videonu görmüsünüzmü? Burda baş verənlər barədə nə xəbəriniz var?

- Belə bir şey olsa, o videoda mən olsam da, olmasam da, bilirsiniz axı, mən heç vaxt onu doğrultmaram. Çünki mənim xəbərim yoxdur.

- Yəni, tanımırsınız ordakıları?

- Mənim heç nədən xəbərim yoxdur. Heç nədən. Mən sizə müsahibə verirəm. Tutalım, mən onu təsdiq etsəm ki, o mənəm, sonra bunu, məsəl üçün, düşmənlərimiz götürəcək ki, o özü təsdiq edir. Cinayət işini daha da asanlaşdırmaq yoludur, onlar üçün. Ona görə, mənim heç nədən xəbərim yoxdur.

- Sizin bir videonuz yayılıb. Orda "erməni başı kəsən oğullardan" bəhs edirsiniz. Ünvanınıza belə ittihamlar vardı ki, adamları müharibə cinayətləri törətməyə çağırırsız.

- Onda müharibə gedirdi. Müharibədə hər bir hadisə ola bilər. Danışıq da, ölüm də, yaralanma da. Müharibə - adı üstündə. Burda hər şey ola bilər. Bunlar onu indi "kozer" kimi istifadə edirlər.

- Sizin müharibə vaxtı çoxlu videolarınız yayılırdı. Bir videoda topa mərmi qoyursuz. Belə döyüşmək istəyirdinizsə, niyə hərbi yolla getmədiniz?

- Hərbi yolla... gedib qeydiyyatdan keçdim, çağırmadılar. Çağırmadılar deyə, gedib qanunsuz girdim.

- Cəbhəyə qeyri-qanuni getdiyinizi həmin videoya şərhinizdə də yazmısız. Buna görə hüquq-mühafizə orqanları sizi çağırdımı?

- Əlbəttə, çağırdılar, niyə çağırmadılarʔ Çağırdılar, mənimlə oturub söhbət etdilər. Lazım deyil, girmə. Birdən sənin başına nəsə iş gələr. Onsuz da, deyir, səni paylaşıblar. Kim bunu öldürsə, mükafat veriləcək. Belə xəbərlər paylaşılmışdı. Hüquq-mühafizə orqanları mənimlə görüşdülər.

Bakıya gəldim Füzulidən. Dedilər girmə, dedim yaxşı. Amma dedilər, yardımlarını göndər. Dedim, yaxşı. Amma çıxdım, pis çıxmasın, yenə öz bildiyimi elədim.

Niyə öz bildiyimi, çünki ürəyim orda idi, müharibədə idi, qardaşlarımın yanında idi. Onlar orda, mən burda, özümə sığışdıra bilmədim, ona görə təzədən gedib girdim, sonradan həbs etdilər.

- Bir videonuz da var: əsgərlər qarşınızda sıraya düzülüb. Buna görə sizə hər hansı cəza verdilərmi?

- Xeyr. Əsgərləri mən ora zorla düzməmişdim ki. Bu, əsgərlərin mənə hörmətiydi. Onları kim ora zorla düzdürə bilər? Hamısı Azərbaycan kişiləri, əsgərləridir. Sadəcə, mənim xətrimi çox istəyirdilər. Sadəcə, mən gələndə, -idmanda, hərbidə salamlaşma qayda-qanunu var, onlar özləri düzüldülər, mənlə görüşdülər.

- İkinci Qarabağ müharibəsinə görə medallarınız varmı?

- Xeyr, mən medala görə getməmişəm…

- Sadəcə, soruşuram, medal verilibmi?

- Mən qanunsuz girmişəm axı, ona görə də mənə medal düşmür.

- Mən qayıtmaq istəyirəm qətl törədilməsi təsvir olunan videoya. Belə başa düşdüm ki, o videonu siz də görmüsünüz. Bu videonu necə qiymətləndirirsiniz?

- Lap əla qiymətləndirirəm. Düzdür, biz təcavüzkar millət deyilik. Biz hər şeyi qayda-qanunla, sülhlə etmək istəyirdik. Bunlar da başa düşmədilər. Bizim torpağımıza girənləri torpağımızdan çıxarmışıq.

Müharibədə yaşlısından cavanına kimi bunu gözə almalı idilər ki, biz Azərbaycan torpağındayıq, sabah bizi öldürə bilərlər və yaxud da digər nələrsə, ona görə biz burda olmalı deyildik. Onlar bunu gözə alıb bura gəliblərsə, artıq bu bizim günahımız deyil. Kimlər nağayrıblarsa, müharibədi, müharibədə hər şey ola bilər.

- Kimsəsiz, əliyalın, dinc insana qarşı bunu doğru sayırsınız?

- Xocalı faciəsində bizim qadınların qarnını yarıb uşağını çıxaran onlar idi, o qocalar idi. O ölən qoca idi. ...Bildinizmi?! Bizim qadınlara qarşı zorakılıq edənlərdin biri də onlar idi.

- Videoda olan kişinimi nəzərdə tutursunuz?

- Bəli, videoda olan kişi, həmin o Xocalıda bizim qadınlarımıza, uşaqlarımıza işgəncə verib öldürənlərdən biri də o olub.

- Bunu siz nədən bilirsiniz?

- İndi mən də bilirəm. Bilməsəm, danışmaram. Durub hər şeyin dərinliyini deyə bilmərəm ki. Mən də eşitmişəm, bəli. Eşitmişəm, özü də orda boynuna alıb, deyirlər.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2729   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ece İrtemin ölümü ilə bağlı ilkin ekspertiza nəticəsi açıqlandı

35 yaşında dünyasını dəyişən türkiyəli aktrisa Ece İrtemin ölümünün ilkin səbəbi açıqlanıb. Axşam.az xəbər verir ki, ekspertiza nəticələrinə görə aktrisanın bədənində zorakılıq, zəhərlənmə və ya ölümə səbəb ola biləcək hər hansı travmatik izə rast gəlinməyib. Bildirilib ki, nəticələr Ecenin infarktda

5 iyul
.

Zeynep Bastık evlənir: Toy tarixi məlum oldu

Müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkan Tütüncü evlənməyə hazırlaşırlar. xarici mediaya istinadla xəbər verir ki, may ayında Parisdə tətil zamanı Serkan Tütüncüdən evlilik təklifi alan Bastık toy hazırlıqlarına başladıqlarını açıqlayıb. Müğənni bildirib ki, toy sentyabrdan sonraya qalmayaca

6 iyul
.

Cenifer Lopes bu kostyumu ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes "Prime Video" platformasının təşkil etdiyi tarixdə ilk Obsessed Fest festivalında gözlənilmədən səhnəyə çıxaraq tamaşaçıları təəccübləndirib. xarici KİV-ə istinadla xəbər verir ki, 56 yaşlı pop ulduzu tədbirdə dizdən yuxarı çəkmələrlə tamamlana

29 iyun
.

Kimyaterapiyadan saçları tökülür?

Məşhur türk müğənni Hande Yener səhhəti ilə bağlı yayılan iddialara münasibət bildirib. OLAY yazır ki, ötən illərdə döş xərçəngini erkən diaqnoz sayəsində məğlub edən sənətçi "Kimyaterapiya səbəbindən saçları tökülüb" iddiasını təkzib edib. Hande Yener sosial media hesabında etdiyi paylaşımd

26 iyun
.

Nebahat Çehre 6 ildən sonra bunu edəcək

Türkiyəli aktrisa Nebahat Çehre yeni layihədə çəkiləcək. Axşam.az xəbər verir ki, aktrisa "Düyünümüz var" serialında rol alacaq. Nebahat Çehre "Feryal" obrazı ilə izləyicilərinin qarşısına çıxacaq. Qeyd edək ki, aktrisa son olaraq 6 il əvvəl "Menajerimi ara"da rol alıb

5 iyul
.

"Qadınlarda əzələ çıxarmaq mədəniyyətini mən gətirmişəm"

Aktrisa Pərvin Abıyeva canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçi uzun illərdir sağlam həyat tərzinə sadiq qaldığını, pis vərdişlərdən uzaq olduğunu və idmanı həyatının ayrılmaz hissəsinə çevirdiyini bildirib. O, sağlam yaşam tərzinin həm fiziki, həm də mənəv

30 iyun
.

"Heated Rivalry" ikinci sezona hazırlaşır

Kanada istehsalı "Heated Rivalry" serialının ikinci mövsüm hazırlıqları başlayır. OLAY yazır ki, "Heated Rivalry" serialının ulduzu Konor Stori uzun müddətdir gözlənilən ikinci mövsümün çəkilişlərinə hazırlaşmaq üçün Kanadaya qayıdıb. 26 yaşlı aktyor iyulun 7-də gecə saatlarında Kanadanı

8 iyul
.

Elarizdən "Amerikada ona qulaq asanı haradan tapır?" deyənlərə SƏRT İSMARIŞ

Müğənni Elariz Məmmədoğlu sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında haqqında "Amerikada ona qulaq asanı haradan tapır?" sualına sərt reaksiya verib. Sənətçi bildirib ki, onu Azərbaycanda olduğu kimi ABŞ-də sevənlər var və öz xoş günlərində

9 iyul
.

Sevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə

"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur. xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub. Gündəlik həyatd

2 iyul