Xocalı - tarixin qanlı səhifəsi, bəşəriyyətə qarşı törədilmiş CİNAYƏTDİR

Xocalı - tarixin qanlı səhifəsi, bəşəriyyətə qarşı törədilmiş CİNAYƏTDİR32 il bundan əvvəl 1992-ci il fevralın 25-dən 26-a keçən gecə aqressiv millətçi erməni quldur qüvvələri keçmiş Sovet Ordusunun 366-cı alayının birbaşa köməkliyi ilə Xocalı şəhərinin dinc əhalisınə vəhşicəsinə divan tutdular. Neodaşnaklar və onların havadarları hücumdan əvvəl, fevralın 25-i axşam çağından toplardan və ağır zirehli texnikadan şəhəri şiddətli atəşə tutulmağa başladılar. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir ağır vəziyyətdə erməni əhatəsində qalmış şəhərdə təqribən 2500 nəfərə qədər əhali yaxınlıqdakı azərbaycanlıların məskunlaşdığı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldular. Lakin həmin əhali istəklərinə qovuşa bilmədi. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və onların hadarlarından olan motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Erməni separatistləri və onların havadarları 10 min əhalisi olan bu şəhəri vəhşicəsinə gülləbaran etdi, həyata keçirdikləri soyqırım nəticəsində şəhərin 613 nəfər dinc əhalisi vəhşicəsinə qətlə yetirildi ki, onlardan da 63 nəfəri uşaq, 106 qadın, 70 nəfər qocalar olmuş, 150 nəfər itkin düşdü. Səkkiz ailə büsbütün məhv edildi. 76-ı uşaq olmaqla 487 nəfər yaralandı və 1275 nəfər girov götürüldüş Dövlətin və vətəndaşların şəxsi əmlakına 5 mlrd. manat (01.01.1992-ci ilə olan qiymətlərlə)ziyan vuruldu. Bütün bu qanlı hadisələr Ermənistan SSR-nin dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı sayəsində 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi istiqamətində süni surətdə yaradılmış Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verirdi.

Silahlı quldur millətçi erməni –daşnak qüvvələrinin Xocalıya hücümünu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 10000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə hava limanı da Xocalıda idi. Xocalı 1991-cı ilin oktyabrından blokadaya alınmışdır. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot olmuşdur.Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Lakin Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsildi. Yanvarın 2-dən isə şəhərə elektrik verilmirdi. Xocalı şəhəri ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olundu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmış və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Fevralın 28-də tərkibində yerli jurnalistlər, o cümlədən Çingiz Mustafayev də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunub. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Əfsuslar olsun ki, həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Bu erməni faşistləri tərəfindən insanlığa qarşı həyata keçirilmiş dəhşət doğuran qanlı cinayət hadisəsi idi. Qəddar erməni faşistlərinə qarşı Nyurnberq məhkəməsi kimi bir məhkəmə mütləq qurulmalı və canilər -Köçəryan, Sarkisyan və Ohanyanlar və digərləri törətdikləri antibəşəri cinayətlərə görə cavab verməlidirlər. Ermənistanın rəhbərləri insanlığa qarşı törətdikləri bu qanlı cinayətlərə, Xocalı soyqırımına görə heç vaxt cəzalanmayacaqlarını düşünürlər. Hər bir kəs törətdikləri cinayətlərə görə cavab verməlidir.

İllər keçdi, Xocalının ağrısı heç vaxt dinmədi, amma Qarabağın taleyi dəyişdi! Bütün dünya Azərbaycanın öz işğal altındakı torpaqlarını qəhrəmanlıqla azad etməsinin şahidi oldu. Xocalının qisası 44 günlük müharibə və antiterror tədbirləri ilə alındı. Xocalıda qətlə yetirilən soydaşlarımız görməsə də, Azərbaycan Qarabağ zəfərini bütün dünyaya çatdırdı.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1374   Tarix: 26 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə

29 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr