Azərbaycanda neçə nazir müavini var və harada anadan olublar? (TAM SİYAHI)

Azərbaycanda neçə nazir müavini var və harada anadan olublar? (TAM SİYAHI)Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bu təyinatdan sonra Azərbaycanda nazir müavinlərinin sayı 64-ə yüksəlib.

Məlumat üçün bildirək ki, Azərbaycanda 17 nazirlik fəaliyyət göstərir. Say baxımından ən çox nazir müavini Fövqəladə Hallar Nazirliyində, ən az nazir müavini isə Maliyyə və Energetika nazirliklərindədir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 8, maliyyə naziri Samir Şərifov və Energetika naziri Pərviz Şahbazovun hər birinin 1 müavini var.

Nazir müavinlərinin arasında ən yaşlısı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevdir. Mahmud Məmməd-Quliyevin 75 yaşı var. Ən gənc nazir müavini isə elm və təhsil nazirinin 33 yaşlı müavini Həsən Həsənlidir.

Azərbaycanda mövcud olan 17 nazirlikdə fəaliyyət göstərən 64 nazir müavininin doğum tarixləri və doğulduqları yerlər belədir:

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 8 müavini var:
1. Birinci müavin, general-leytenant Rəfail Mirzəyev - 1959-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.
2. General-leytenant Faiq Tağı-zadə - 1951-ci ildə Bakı şəhərində anadan olub.
3. General-leytenant Etibar Mirzəyev - 1958-ci ildə Naxçıvan şəhərində anadan olub.
4. General-leytenant Ragim Lətifov - 1963-cü ildə Qəbələ şəhərində anadan olub.
5. Orucəli Hacıyev - 1959-cu ildə Babək rayonunda anadan olub.
6. General-mayor Teymur Mehdiyev - 1975-ci ildə Gürcüstanın Suxumi şəhərində anadan olub.
7. Tapdıq Əmiraslanov - 1978-ci ildə Moskva şəhərində anadan olub.
8. General-mayor Adil Abdullayev – 1977-ci ildə Bakı şəhərində anadan olub.

Xarici işlər naziri Ceyhun Bayramovun 6 müavini var:
1. Araz Əzimov - 1962-ci ildə Bakı şəhərində anadan olub.
2. Mahmud Məmməd-Quliyev - 1949-cu ildə Gəncə şəhərində anadan olub.
3. Farzi Rzayev - 1977-ci ildə Bakı şəhərində anadan olub.
4. Elnur Məmmədov - 1981-ci ildə Bakı şəhərində anadan olub.
5. Yalçın Rəfiyev - 1987-ci ildə Şəmkir şəhərində anadan olub.
6. Samir Şərifov - 1977-ci ildə Bakı şəhərində anadan olub.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 5 müavini var:
1. Birinci müavin, general-mayor Seyfulla Əzimov - 1970-ci ildə Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olub.
2. General-leytenant Oqtay Kərimov - 1967-ci ildə Bakı şəhərində anadan olub.
3. General-leytenant İsmət Əliyev - 1959-cu ildə Ermənistanın Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olub.
4. General-leytenant Şahin Məmmədov - 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olub.
5. General-leytenant Fazil Quliyev - 1957-ci ildə Bakı şəhərində anadan olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 5 müavini var:
1. Birinci müavin, general-polkovnik Kərim Vəliyev - 1961-cı ildə Bakı şəhərində anadan olub.
2. General-leytenant Hikmət Mirzəyev - 1968-ci ildə Biləsuvar rayonunda anadan olub
3. Aqil Qurbanov - 1986-cı ildə Bakı şəhərində anadan olub.
4. General-leytenant Ramiz Tahirov - 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub.
5. General-polkovnik Kərəm Mustafayev- 1962-ci ildə Şərur rayonunda anadan olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun 5 müavini var:
1. Birinci müavini, Elnur Əliyev - 1983-cü ildə Gəncə şəhərində anadan olub.
2. Sahib Ələkbərov - 1952-ci ildə Samux rayonunda anadan olub.
3. Sahib Məmmədov - 1978-ci ildə anadan olub.
4. Rövnəq Abdullayev - 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.
5. Səməd Bəşirli – 1976-cı ildə anadan olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 4 müavini var:
1. Hidayət Abdullayev - 1979-cu ildə Gəncə şəhərində anadan olub.
2. Anar Əliyev - 1980-ci ildə Bakı şəhərində anadan olub.
3. Vüsal Nəsirli - 1978-ci ildə İmişli şəhərində anadan olub.
Ətraflı
4. Anar Kərimov - 1979-cu ildə Bakı şəhərində anadan olub.

Ədliyyə naziri vəzifəsini icra edən Azər Cəfərovun 4 müavini var:
1. Toğrul Musayev - 1954-cü ildə Bakı şəhərində anadan olub.
2. Vilayət Zahirov - 1958-ci ildə Şərur rayonunda anadan olub.
3. Eldar Nuriyev - 1955-ci ildə Lənkəran şəhərində anadan olub.
4. Mirsaleh Seyidov - 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 4 müavini var:
1. Rəhman Hümmətov - 1977-ci ildə Şəki rayonunda anadan olub.
2. Samir Məmmədov - 1974-cü ildə Bakı şəhərində anadan olub.
3. Cavid Qurbanov - 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub.
4. Fərid Əhmədov - 1979-cu ildə Bakı şəhərində anadan olub.

Elm və təhsil naziri Emin Əmrullayevin 4 müavini var:
1. Firudin Qurbanov - 1952-ci ildə Ağsu rayonunda anadan olub.
2. Həsən Həsənli - 1991-ci ildə Naxçıvan şəhərində anadan olub.
3. İdris İsayev - 1970-ci ildə Bakı şəhərində anadan olub.
4. Kənan Kərimzadə - 1989-cu ildə Bərdə şəhərində anadan olub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin 3 müavini var:
1. Rauf Hacıyev - 1958-ci ildə anadan olub.
2. Vüqar Kərimov – 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.
3. Umayra Tağıyeva - 1968-ci ildə Bakı şəhərində anadan olub.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun 3 müavini var:
1. Elçin Zeynalov - 1970-ci ildə Bakı şəhərində anadan olub.
2. Sarvan Cəfərov - 1985-ci ildə anadan olub.
3. İlhamə Qədimova - 1975-ci ildə Bakı şəhərində anadan olub.

Gənclər və idman naziri Fərid Qayıbovun 3 müavini var:
1. Marina Vasileva - 1974-cü ildə Bolqarıstanın Tırqovişte şəhərində anadan olub.
2. İndira Hacıyeva - 1960-ci ildə Bakı şəhərində anadan olub.
3. Fərhad Hacıyev - 1980-ci ildə Sumqayıt şəhərində anadan olub.

Səhiyyə naziri Teymur Musayevin 3 müavini var:
1. İlqar Qasımov - 1965-ci ildə Bakı şəhərində anadan olub.
2. Rasim İsmayılov - 1973-cü il Bakı şəhərində anadan olub.
3. Nadir Zeynalov - 1976-cı ildə Bakı şəhərində anadan olub.

Mədəniyyət naziri Adil Kərimovun 3 müavini var:
1. Səadət Yusifova - 1974-cü ildə anadan olub.
2. Fərid Cəfərov - 1982-ci ildə Mingəçevir şəhərində anadan olub.
2. Murad Hüseynov - 1973-cü ildə Bakı şəhərində anadan olub.

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin 2 müavini var:
1. Mehman Baxışov - 1959-cu ildə Abşeron rayonunda anadan olub.
2. Hidayət Əzimov - 1985-ci ildə Bakı şəhərində anadan olub.

Maliyyə naziri Samir Şərifovun 1 müavini var:
1. Azər Bayramov - 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub.

Energetika naziri Pərviz Şahbazovun 1 müavini var:
1. Samir Vəliyev - 1962-ci ildə Bakı şəhərində anadan olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1098   Tarix: 26 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021