"Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətlərindən biridir" - DEPUTAT

"Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətlərindən biridir" - DEPUTAT"Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətlərindən biridir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, 32 il bundan əvvəl 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni quldur dəstələri keçmiş Sovet Ordusunun 366-cı alayının birbaşa iştirakı ilə Xocalıda soydaşlarımıza divan tutdular:

"106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlumdur. Xocalı soyqırımı kütləvi insan qırğınına görə tarixin dəhşətli faciələri ilə bir sırada dayanır.Xalqımız Xocalı soyqırımını heç vaxt unutdurmayacaq. Soydaşlarımıza qarşı bu vəhşiliyi törətmiş erməni barbarları xalqımız və bəşəriyyət qarşısında cavab verəcək. Bir neçə gün əvvəl Xocalıda tapılan kütləvi məzarlıq və əl-ayaqları bağlı uşaq və qadınlara aid qalıqlar erməni vandallarının xalqımıza qarşı törətdiyi vəhşiliklərin sadəcə bir hissəsidir. Xocalı faciəsi qurbanları da daxil olmaqla bütün şəhidlərimizin qisası alınıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu bütün şəhidlərimizin qisasını alaraq ərazi bütövlüyümüzü bərpa etdi".

Deputat vurğulayıb ki, Xocalı soyqırımın törədilməsində tək ermənilər deyil, o dövrdə Azərbaycanda hakimiyyətdə olan şəxslərdə məsuliyyət daşıyırlar:

"90-cı illərin əvvəllərində hakimiyyətdə olan AXCP-müsavat cütlüyünün başı hakimiyyət davasına qarışmışdı. Dövlətin və xalqın təhlükəsizliyi onları maraqlandırmırdı. Əgər xalqın istəyi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı Azərbaycan yenidən başqa ölkənin himayəsinə keçəcəkdir

Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət də məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də ulu öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı sərəncam da imzaladı. Soyqırımın ildönümündə xocalılılarla görüşündə isə ulu öndər Heydər Əliyev bu hadisəni əsrin ən dəhşətli faciəsi adlandırdı.

Ümummilli liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı. Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Təbii ki, Xocalı soyqırımının dünyada tanınmasında cənab prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Həmçinin Xocalı soyqırımının bütün dünyada tanınmasında Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının mühüm rolu var. 2008-ci ildən başlanılan "Xocalıya ədalət" beynəlxalq kampaniyasının əhəmiyyəti böyükdür. Belə ki, kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Allahdan Xocalıda qətlə yetirilən şəhidlərimizə rəhmət diləyirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 948   Tarix: 26 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə

29 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr