Əhməd həbs olunarsa, əfvə müraciət edə bilər? - AÇIQLAMA

Əhməd həbs olunarsa, əfvə müraciət edə bilər? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha əvvəl isə bildirmişdik ki, cinayətdə şübhəli bilinən Əhmədin anlaqsız olduğu sübuta yetirilərsə, 9 ay müalicə alıb sərbəst buraxıla bilər. Lakin, məhkəmədə hakimin qərarı ilə şəxsi təqsirli bilərsə və məhkumluğu haqqında qərar qəbul edərsə, Əhməd əfvdən yararlana bilər?

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd haqqında cinayət işi açılsa da, onun cinayət məsuliyyətinə cəlb olunub-olunmaması ilə bağlı yekun qərarı məhkəmə verəcək:

"Məhkəmə onu həqiqətən təqsirli bilirsə, onun haqqında həbs qətimkan tədbiri, azadlıqdan məhrumetmə bəlli bir müddətə təyin edilə bilər. Xüsusi amansızlıq qətlə yetirmə sayı ikidən çox şəxs olduğu üçün 120-ci maddənin ona ən ağır cezalardan biri veriləcək. Ona bu cəzanın verilmə ehtimalı var deyək. Əgər onun cinayət hüququ baxımından bütün psixoloji sağlamlığı yerində olsa, bu aspektdən baxanda indiki halda məhkəmə qərarı olmayan və təqsirləndirilən şəxs haqqında onun əfvə müraciət etməsi ilə bağlı məsələni gündəmə gətirmək yersiz çıxar. Çünki əfv yalnız haqqında məhkəmə qərarı olanlar ilə bağlı bir prosedur ola bilir. Bunun isə məhkəmə qərarı olmadığı üçün istintaq dövrüdür. İstintaq dövründə nə qərar veriləcəyi isə onu zaman göstərəcək. Əgər bu aspektdən yekun olaraq ona məhkəmə tamamilə təqsirli bilsə, məhkumluğu ilə bağlı qərar verərsə o zaman şəxs məhkum sayılır. Məhkumların əfvi ilə bağlı başqa bir prosedur işləyir. Bu artıq bütün məhkumların spesifik olaraq hansısa özəl hal ilə bağlı əfvə müraciət etməsi ilə bağlı ola bilir".

Hüquqşünas deyib ki, əfv məsələsi müstəsna olaraq prezidentin səlahiyyətinə daxildir. Fərdi müraciət əsasında əlbəttə əfv komissiyası var. Onlar bu tip müraciətləri ayrıca araşdırırlar. Yalnız ondan sonra verilib verilməməklə bağlı qərar prezidentə təqdim olunur:

" Yəni bu bir amnistiya deyil. Amnistiya aktında hansı cinayətlərin cəzasını çəkənlərin amnistiyaya düşməz bu qanunvericilikdə açıq şəkildə göstərilir. Əfv ilə bağlı isə spesifik olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsi ilə müstəsna olaraq prezidentin səlahiyyətindədir. Bu baxımdan burada bir məhdudiyyət mövcud deyil. Bir məsələ də var ki, istisna hallar var. Daha doğrusu bu qanunvericilikdə nəzərdə tutulan bir formadır. Hal-hazırda bu şəxs haqqında qəsdən adam öldürmə ilə bağlı 120-ci maddənin (xüsusi amansızlıqla, təhlükəli üsulla adam öldürmə) bəndi ilə, ikidən çox şəxslə bağlı 120.2.7 və 120.2.4-cü maddələr ilə cinayət işi açılır. Bu cinayət həqiqətən təqsirli sayılarsa, onun xəstəliyi olmazsa burada hakimin verəcəyi qərar çox önəmlidir. Çünki burada üç fərqli sanksiyalar var. 14 ildən 20 ilə qədər və ömürlük azadlıqdan məhrum etmə cəzası var. Cinayət Məcəlləsinin 82-ci maddəsinə görə ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvə müraciət edə bilər. Lakin onlar bu zaman tamamilə əfv olunur. Onların sanksiyası 25 il müddət ilə əvəzlənir. Yəni əfv edilsə belə bu sanksiya ilə bağlı məsələ olacaq. Amma hakim ona ömürlül cəzanı versə, ondan sonra əfvə müraciət etsə belə 25 ildən çox olunan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə bilər. Əgər ömürlük deyilsə, o zaman əfvə müracət edə bilər və əfvə müraciət etdiyi zaman ya bütünlüklə, ya da qalan cəzasını çəkməklə əfv oluna bilər.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1036   Tarix: 26 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə

29 sentyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr