Geomaqnit qasırğası müşahidə edilir
Günəş küləyinin maksimal sürəti 578 km/san-dək artıb.
Bu barədə Sonxeber.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Hesabat dövründə 27 fevralda proqnozlaşdırıldığı kimi geomaqnit sahəsinin intensivliyi qısa müddətli G1 səviyyəsinə yüksəlib.
3 martda isə 28 fevralda baş vermiş TKA-nın təsiri ilə geomaqnit qasırğası başlayıb və G2 (orta) səviyyəsinədək yüksəlib. Hazırda Kp indeksi 4-ə bərabərdir.
Proqnoz günlərində (4-10 mart) C sinif alışmanın baş verməsi ehtimalı 85%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürətinin TKA-nın təsiri ilə bu gün artacağı, daha sonra normal olacağı gözlənilir.
Geomaqnit sahəsinin 5 martda sakitləşəcəyi, sonra isə sakit olacağı proqnozlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 556 Tarix: 04 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzər dənizində zəlzələ oldu - Bu rayonlar sirkələndi
Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, və Neftçala rayonlarında 4-3 ba
8 aprelSabah bəzi yerlərdə yağış yağacaq
Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərd
8 aprelBiləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı
Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən məktəblərlə bağlı yayılan məlumatlara münasibət bildirib. -a istinadən xəbər verir ki, Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov bildirib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin həyata keçirilməsind
8 aprel"Təhsil pulla ölçülməməlidir, bu, təhlükəli tendensiyadır" - AÇIQLAMA
"Təhsil bir millətin gələcəyidir, onun mənəvi və intellektual pasportudur. Bakıdakı bəzi özəl liseylərdə təhsil haqqının 50-55 min manat kimi rəqəmlərə çatması, əslində, təhsilin bir "ictimai xidmət" sahəsindən çıxaraq daha çox "lüks bir brend"ə çevrilməsinin göstəricisidir
9 aprelYevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib. -ın məlumatına görə, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakin
8 aprelBakıda iki nəfər dəm qazından zəhərlərək öldü
Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb. "Report"a istinadən xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-c
8 aprelAğdaban faciəsindən 34 il ötür
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğal
8 aprelMətləb Mütəllimli vəfat etdi
Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib. Bu barədə -a M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Mill
8 aprel