Hacıbaba Bağırovun qızı indi haradadır? - "Hər dəfə Bakıya gələndə..."- FOTOLAR

Hacıbaba Bağırovun qızı indi haradadır? - "Hər dəfə Bakıya gələndə..."- FOTOLAR"Hacıbaba Bağırovun övladı olmaq gözəl, ali bir hissdir. Çox xoşbəxtəm, qürurluyam ki, Hacıbaba Bağırovun qızıyam. Bu bilirsiniz necə bir hissdir? İnsanların sevimlisi, istəklisi olan böyük bir sənətkar mənim atamdır"
Hacıbaba Bağırovun qızı indi haradadır? - "Hər dəfə Bakıya gələndə..."- FOTOLARBunu Moderator.az-a özəl açıqlamasında xalq artisti Hacıbaba Bağırovun qızı Şölə Bağırova deyib. O daha sonra əlavə edib.

"Dünyaya gəlişimə, dil açmağıma, ilk addım atmağıma atam o qədər sevinib ki. Cümlə qurub danışmağımı səbirsizliklə gözləyib. Anam deyir ki, səndən sonra həyatda yaşamaq eşqi daha da artıb. Bütün arzuları mənimlə bağlı olub. Mən dil açıb danışanda artıq atam xəstəxanada idi. Hətta anam onunla telefonda danışanda, yanına yemək aparanda telefonu anamın əlindən alıb ona demişəm ki, "papa, gəl yeməyini evdə ye". İlk cümləmi atam eşidib. Sonra anama demişdi ki, "iki günə evə gedib, Şöləni doyunca oynadacam". İki gün öncə də anam məni xəstəxanaya aparıb. Atam yataqda görüb doluxsunmuşdum. Ona görə də atam demişdi ki, "Şöləni yanıma gətirmə, uşaq pis olur". Anam danışır ki, atan dünyasını dəyişməzdən öncə deyib ki, "balam yetim qaldı". Anam onu sakitləşdirib deyib ki, "sənin kimi atası var, niyə yetim qalır ki?". Təəssüf ki, atam bu sözdən bir neçə dəqiqə sonra dünyasını dəyişib. Atamı itirəndə 3 yaşım olub. Təəssüf ki, onunla bağlı çox az xatirə yadımda qalıb. Evdəki video çəkilişlərinə, şəkillərə baxıram, anamın və nənəmin danışdığı xatirələrə qulaq asıram və atamın məni nə qədər çox sevdiyini başa düşürəm. Əlbəttə ki, bu günki nailiyyətlərimdə atamı da yanımda görmək istərdim. Hər uğurumu, sevincimi, kədərimi atamla bölüşmək istərdim. Hər bir qız övladı kimi ata sevgisinə ehtiyacım var. Anam mənə həm də ata olub. Atasızlığı çalışıb ki, mənə yaşatmasın" deyə o bildirib.
Şölə Bağırova atasının onunla bağlı arzularını da dilə gətirib.
Hacıbaba Bağırovun qızı indi haradadır? - "Hər dəfə Bakıya gələndə..."- FOTOLAR"Atam mənim həkim olmağımı arzulayırdı. Həmişə də istəyib ki, əlimdən tutub məni 1-ci sinfə aparsın. Çox təəssüf ki, bu arzusu yerinə yetmədi. Məni özü ilə bərabət teatra aparırdı. Hətta tamaşaçı zalında atamın tamaşalarına müdaxilə də etmişəm (gülür). Bir çox tamaşalarında sonda mən də onunla tamaşaçı qarşısına çıxıb, baş əyirdim. Bir ara aktyor sənətinə həvəsim yaranmışdı. Amma hiss etdim ki, bu sənət çox çətindir. Parlamaq, işıqlı olmaq, sevilmək hər kəsə qismət olmur. Yaşa dolandan sonra siyasətə marağım artdı. Hazırda Ankarada, Hacettepe universitetində siyasi elm və dövlət idarəçiliyi fakültəsində inglis dilində təhsil alıram. Siyasətə hər zaman marağım olub. Harada təhsil alsam da gələcəkdə öz ölkəmdə çalışacam. Hər dəfə Bakıya gələndə teatra gedirəm. Bu bəlkə də ondan irəli gəlir ki, ilk addımlarımı da teatrda atmışam. Bir çox tamaşalara gedirəm, teatrda huzur tapıram. Ora mənə çox doğma gəlir" deyə sənətkarın övladı bildirib.
Hacıbaba Bağırovun qızı indi haradadır? - "Hər dəfə Bakıya gələndə..."- FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2292   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə

29 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

Gənc nəslin milli mənlik şüuru və vətənpərvərlik tərbiyəsi - gələcəyin əsas təminatı

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən mühüm amillərdəndir. Gənclər dövlətin sabahını formalaşdıran əsas qüvvə olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin gələcək nəsillər

29 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr