Sahibsiz küçə itləri uşaqdan-böyüyə hər kəs üçün problemdir: Bu məsələ necə həll olunmalıdır? - VİDEO
9 yaşlı Amara hücum edən itlər "Qobu Park" ərazisindən kənarlaşdırılıb. Sonxeber.az xəbər verir ki, "ARB Xəbər"in əməkdaşları itlərin təhlükə yaratdığı ərazilərdə olub:
Küçə itlərini sığınacaq əməkdaşları bir-bir tutaraq ərazidən uzaqlaşdırır. İtlər mərkəzə aparıldıqdan sonra onlara quduzluğa qarşı iynə vurulur və daha sonra qısırlaşdırıcı əməliyyat olunur. Sonra isə müvafiq ərazilərə, şəhər və şəhərdən ətraf ərazilər müəyyən olunaraq yenidən buraxılır.
"Qobu Park" ərazisi itlərdən xilas olsa da, bu sözü Abşeron rayon ərazilərinə şamil edə bilmərik. Onlarla sahibsiz it insanların və azyaşlıların əhatəsində gəzir, qidalanır və istirahət edir. Aralarında daha aqressiv olanlar isə çox vaxt ətrafdan keçənlərə hücum edir.
" Bəzən məktəbə tək gələn uşaqlar var. Qorxurlar və həyəcan keçirirlər. O həyəcan nə desəz yetir. Bir deyil, iki deyil. Onlarla it birdən dolanırlar. Məktəbin içinə keçmək olmur. Sürü ilə gedirlər".
Aparılan araşdırmadan belə nəticə çıxır ki, bu və digər təhlükələrə səbəb olan sahibsiz itlərin sayı günbəgün artır. Bu artım isə cəmiyyət üçün real təhlükədir.
Ətraflı "ARB Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 929 Tarix: 06 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29 sentyabrBu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur
30 sentyabrAzərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır
30 sentyabrNəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə
29 sentyabrSabah da yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
29 sentyabrAzərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar
30 sentyabrAzərbaycanda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub
29 sentyabr