Ayın görünməsindən asılı olaraq Ramazan ayının başlama və bitmə tarixi dəyişə bilər? - AÇIQLAMA

Ayın görünməsindən asılı olaraq Ramazan ayının başlama və bitmə tarixi dəyişə bilər? - AÇIQLAMAMəlum olduğu kimi, Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır. Buna görə də, Ramazan ayı hicri-qəməri təqviminə görə hər il dəyişdiyindən oruc tutmağa başlamaq üçün ilk öncə Ramazan ayının başlandığını müəyyən etmək lazımdır. Bəs Ayın görünməsindən asılı olaraq Ramazan ayının başlama və bitmə tarixi dəyişə bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a danışan ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov deyib ki, İslam dinində ibadətlər Qəməri təqviminə görə təyin edilir. Qəməri təqvimdə hamının bildiyi kimi, Ayın dünya ətrafında dönməsinə görə hesablanan bir təqvimdir:

"Bu təqvim üsulunda Ramazan ayının 9-cu ayın başlanğıcı və bitişidir. Qəməri təqvimindəki ayların başlanğıcı və bitməsi ayın görülməsinə görə təyin edilir. Ramazan ayında orucun başlanması namaz vaxtlarında olduğu kimi zamana bağlıdır. Bu da ayın hərəkətinə Ramazan ayının başlanğıcına qərar verilir. Ayın hərəkətinə görə isə bayram edilir. Burada ayın hərəkətinə görə təyin üsullarında 2 metod var. Bu iki məsələ müsəlmanların bəzən ayrı-ayrı qərar verə biləcəyinə əsasdır. Bu səbəblə iki məsələni aydınlaşdırsaq, niyə müsəlman ölkələrində bəzən Ramazan ayı fərqli vaxtlarda başlayır yaxud eyni vaxtda yerinə yetirilir. İlk olaraq Ramazan ayının başlanması astronomik üsulla ayın hərəkətinin təyini ilə olsa da, ikinci isə gözlə ayın görülməsini əsas götürürlər. Müasir dövrdə müsəlmanların, fətva şuralarının əsas götürdüyü məsələ budur ki, Qurani-Kərimdə uca Allah buyurmuşdur ki, Rəhman surəsində ay və günəşi Allah müəyyən bir hesaba görə yaradıb".

İlahiyyatçı bildirib ki, Qurani-Kərimin əsası odur ki, uca Allah fizika qanunlarına görə kainatı yaratdı. Bu baxımdan Allahın ayı və günəşi hesaba görə yaratması, bu hesabın qüsursuz olmaması məsələsi bizə əvvəlcədən Ayın harada başlayıb, harada bitəcəyini öyrənməyi imkan verir:

" Müasir avadanlıqlarla, elmin verdiyi imkan daxilində biz əvvəlcədən Ramazan ayının başlanmasını səmada aya baxmadan onun hərəkətlərini izləyə bilərik. Bu əvvəlcədən təyin edilə bilər. İkinci üsul odur ki, bəzi müsəlman cəmiyyətlərində açıq səmaya axşamdan baxaraq sabahkı günün ayın hansı günü olacağını qərar vermək mümkündür. Açıq səmaya baxıb və müşahidə etmək peyğəmbərimizin dövründən gələn bir üsuldur. Biz o üsulla bunu etməliyik kimi götürürlər. Axşamdan səmada Ayı müşahidə etdikdən sonra sabahkı günün Ramazan ayının hansı günü olacağını yaxud Şaban ayının bitib, Ramazanın başlanmasını həmin üsulla bilə bilərik. Burada bir məsələ var. Ay əgər kəskin buludlu havada görünmürsə, peyğəmbərimizin üsulu o idi ki, Şaban ayının 30-a tamamlasaq mütləq digər gün Ramazandır. Hava buludludursa, Ay görünmürsə bir gün sonra Ramazan ayı başlayır".

Əhməd Niyazovun sözlərinə görə, bu da digər müasir avadanlıqlarla tətbiq edilən üsulla üst-üstə düşməyəcək. Telekopla ayın görünməsində belə ixtilaf var:

"Burada müsəlmanlar deyirlər ki, dünyada ilk Ramazan hilalı hansı ölkədə görünsə, o zaman bütün digər müsəlman ölkələri üçün keçərlidir. Bunu qəbul edək. 1974-cü ildə Mərakeşdə qəbul edilmişdir ki, dünyada görülən ilk hilala görə bütün müsəlmanlar hərəkət edəcək. Ancaq sonradan bu fərqli tətbiq edildi. Dünyada görülən ilk Aya görə yox, bəzi qitələrdə ölkə üzərindəki Aya görə ediləcək bir məsələsidir. Bütün bu amillər ixtilaf yaratdığı üçün teleskopla görünən Ayı əsas götürürlər. Biz bu üç üsul nəticəsində Ramazan ayının təyini müxtəlif olur".
Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2690   Tarix: 06 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcbur

30 sentyabr
.

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır

Azərbaycanda yeni qəsəbə salınır. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib. Belə ki, Laçın rayonunda Qorçu qəsəbəsinin tikintisinin birinci mərhələsinə başlanılıb. Layihəyə 49 milyon 595 min 510 manat xərclənməsi planlaşdırılır

30 sentyabr
.

Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə

29 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

"Azərbaycan Hava Yolları" AZAL (QSC) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 29-u-dekabrın 31-ində keçiriləcə

29 sentyabr
.

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlar

30 sentyabr
.

Gənc nəslin milli mənlik şüuru və vətənpərvərlik tərbiyəsi - gələcəyin əsas təminatı

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən mühüm amillərdəndir. Gənclər dövlətin sabahını formalaşdıran əsas qüvvə olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik ənənələrinin gələcək nəsillər

29 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr