Yaşar Nurinin həyat yoldaşı: "Onlar komediya deyil, lağlağıdır, adi rol oynayan "mənəm-mənəmlik" edir"

Yaşar Nurinin həyat yoldaşı: "Onlar komediya deyil, lağlağıdır, adi rol oynayan "mənəm-mənəmlik" edir""Müasir mədəniyyətimizdən bu gün danışmaq qəliz məsələdir. Bu mənim şəxsi fikrimdir. Müqayisə olunmaz dərəcədə fərq var. Müasir dövrün bəlkə də özünə görə başqa tələbləri var, amma hər halda nə televiziya tamaşaları, nə də filmlərimiz o dövrdəki kimi deyil. Heç biri yadda qalmır".

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

"Həmin filmlərə bir dəfə baxan kimi yaddan çıxır. Bilmirəm, niyə bu günə düşdü kinomuz, incəsənətimiz?! Çox təəssüflənirəm! Necə ki, qardaş Türkiyədə tarixi filmlər var, mən də istərdim ki, bizim tarixi qəhrəmanlarımız barədə də o cür filmlər çəkilsin. Mən televizoru açanda həmin filmləri izləmək istəyirəm! Hansı köhnə filmi izləyirsən, insanda hər dəfə yeni fikir yaradır. Bugünkü filmlərin mövzusu nədir? Nə qədər kriminal, məişət mövzularında film, serial çəkmək olar?! Tərbiyəvi mövzuda o qədər filmlərimiz var idi ki. Necə gözəl idi! Dəyərlərimizi filmlər qorumalıdır, yaşatmalıdır. Dünən, nəhayət ki, kinematoqrafiya ittifaqları birləşdi! Fərqi yoxdur sədr kimdir, amma istərdim işi elə aparsınlar ki, mədəniyyətimizi irəli çəksinlər. Kinonu, teatrı yaşatsınlar. Hələ ki, nə Teatr Xadimləri İttifaqının, nə də Kinematoqrafiya İttifaqının bir işinə şahid olmuşam", - deyə sənətkarın xanımı bildirib.

O, daha sonra gənc nəsil aktyorlardan danışıb:

"Yaşlı nəslin oyun tərzi yaxşıdır, amma gənclərin əksəriyyətindən baş açmaq olmur. Sözün düzü, onların adlarını bilmirəm, bildiklərim də yadımdan çıxır. Aralarında 3-4-ü var ki, güclü saya bilərəm, amma onları filmlərdə yox, teatr tamaşalarında görmək istərdim. Yaxşı aktyoru ssenari və rejissor üzə çıxarır. İndi daha çox komediya filmlərinə üstünlük verirlər. O lağlağıdır, adını sadəcə komediya qoyublar. Kim özünü əsl aktyor kimi sınamaq və görmək istəyirsə, gedib teatrda üç saat canlı tamaşa oynasın. Görsün ki, aktyor nədir?! Aktyor necə olurlar! Siyavuş, Hacıbaba, Yaşar, Fuad, Səməndərə heç kim çata bilməz!. Mən belə düşünürəm. Onların oynadığı rolların sayı-hesabı yoxdur. Gəlin, indikilərə baxaq, görək onlar nə oynayıblar?! Bu insanlar zirvə idilər! Zirvəyə qalxmaq üçün sənətkar olmaq lazımdır. Adi rol oynayan "mənəm-mənəmlik" etməməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 965   Tarix: 06 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

29 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

Hacı Şahinin nəvəsi olub

Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub

29 sentyabr