Cavanşir Məmmədov: "Fəhlənin işi müğənnidən yüngüldür, çox zülm çəkirik"

Cavanşir Məmmədov: "Fəhlənin işi müğənnidən yüngüldür, çox zülm çəkirik""Bəzi adamlar elə bilirlər ki, biz sənət adamları milyarderik. Elə şey yoxdur. Söhbət müğənnilik sənətindən gedir. Burada milyarder olan yoxdur. Başqa sahədən gəliri varsa, onu deyə bilmərəm. Biz ancaq çalıb-oxumaqla qazanırıq. İki ay Məhərrəmi, bir ay orucluq, mayda toy olmur, iyun, iyul, avqustda camaat gedir gəzməyə, yanvarla fevrala deyirlər ki, qar yağar toya gəlməzlər, biz qalırıq evdə. Biz toy olmayanda balıq sudan çıxanda ağzını yumub-açır, bax, elə oluruq".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov verilişlərin birində deyib. O, müğənnilik sahəsindəki çətinliklərdən danışaraq gileylənib. C.Məmmədov fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğunu iddia edib:

"Bahalı maşını kreditlə hamı ala bilər. Amma müğənnisənsə, gedirsən banka kredit deyirsən, cavab verirlər ki, sizə verə bilmərik. Əslində, biz fəhlədən çox zülm çəkirik. Daş karxanasında işləyən fəhlə vaxt tapıb çay içir. Dülgərin yanına gedirsən, deyirsən ki, bunu tez düzəldib mənə verməlisən. Söyləyir ki, gözlə. Soruşursan niyə? Deyir ki, görürsən ki, çay içirəm, çörək yeyirəm. Amma biz müğənnilər çay içə bilmirik. Biz toy başlayandan bitənə qədər çalıb-oynamalıyıq. Əgər imkan olsa, kimsə gəlib sağlıq desə, onda isti çayı boğazımız yana-yana içə bilərik. Biz xidmət edirik. Fəhlənin işi bizimkindən yüngüldür. Fəhlənin üstü tozlu, çirkli olur, toz-torpaqda və ya yağ dəyişdirmə məntəqəsində işləyir. Amma biz səliqəli geyinib gedirik, evə gələndə köynəyi sıxırsan, suyu tökülür. Biz ölənə qədər işləyirik.
Bilmirəm ki, orucluqdan sonra mənim nə qədər toyum olacaq. Ağlamıram, olanı danışıram. Biz fəhlədən çətin yaşayırıq. Nə barədə, işləmək məqamında. Fəhlə bir stəkan çayını əyləşib içə bilir, biz toyda oxuyanda onu da edə bilmirik. Bizim işimiz fəhlənin işindən də çətindir".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1519   Tarix: 10 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021