Qazaxıstan lideri: Səsvermənin nəticələri Azərbaycan Liderinin xalq tərəfindən dəstəkləndiyini təsdiqlədi

Qazaxıstan lideri: Səsvermənin nəticələri Azərbaycan Liderinin xalq tərəfindən dəstəkləndiyini təsdiqlədiFürsətdən istifadə edərək, son prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istəyirəm.

Səsvermənin nəticələri Azərbaycan Liderinin xalq tərəfindən dəstəkləndiyini və onun milli birliyin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsində xidmətlərinin yüksək qiymətləndirildiyini təsdiqlədi.

"Report" xəbər verir ki, bunları Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

"Əlaqələrimizin uğurlu inkişafının əsasını, ilk növbədə, xalqlarımız arasında çoxəsrlik qardaşlıq əlaqələri, dövlətlərimiz arasında uzun illər davam edən faydalı əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək təşkil edir. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə formalaşdırdığımız şəxsi qarşılıqlı etimad və dostluq münasibətləri də təbii ki, mühüm aspektlər sırasında yer alır. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir.

2022-ci ildə Azərbaycana rəsmi səfərim Bakı ilə Astana arasında tərəfdaşlıq üçün müəyyən mənada təkanverici oldu. İlk növbədə, bu, mənim dövlət başçısı kimi Azərbaycana ilk səfərim idi. İkincisi, bu səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutdu. Üçüncüsü, səfərin nəticələrinə əsasən, "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə"nin qəbulu əməkdaşlığımızın yeni mərhələsinin başlanğıc nöqtəsi oldu", - Tokayev vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 966   Tarix: 10 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr