Özündən 25 yaş böyük kişi ilə evləndi, ərini döyüb boşadı - Tanınmış müğənninin həyatı

Özündən 25 yaş böyük kişi ilə evləndi, ərini döyüb boşadı - Tanınmış müğənninin həyatıMəşhur müğənni Müşerref Akay etirafları ilə diqqət çəkib.

Sonxeber baku.ws-ə istinadən bildirir ki, aparıcı Gökay Kalaycıoğlunun "Haber Bahane" proqramına qonaq olan ifaçı keçmiş ərini döyüb boşadığını etiraf edib. Sənətçi əri ona şiddət göstərdikdən sonra bu addımı atdığını qeyd edib:

"Bir gün o buna meyilləndi. Mən ona başdan demişdim. Çünki biz ailədə söüş, təhqir, zorakılıq görməmişik. Biz çox elit və rahat bir ailə idik. Ona dedim ki, mənə əlini qaldırsan səni boşayacağam. Nəhayət, bir gün o, mənə qarşı zorakılıq etdi, amma mən də Çerkez qızıyım. Belə olmaz, elə olar dedim. Bunu etdikdən sonra ayrıldım, uşaqlarımı götürdüm və anamın evinə getdim. Döydüyüm adamın təkrar əlindən tutub gəzərəm?".

Proqram zamanı Müşerref atası evində yaşadığı günlərdən də danışıb. O bildirib ki, bir qardaşını itirib. Sənətçinin vəfat edən qardaşı Alen Delona bənzəyirmiş. Onu görən qızlar telefon nömrələrini yazıb cibinə atırmışlar. Müşerref həmin qardaşı ilə hər axşam kiçik otaqda xəyallar quraraq yatdığını bildirib.

Sənətçi ailə qurana qədər heç vaxt sevgilisi olmadığını da etiraf edib:

"Ata və anamı heç vaxt kədərləndirmədim. Evlənənə qədər sevgilim olmadı. Çünki atam mənə deyirdi ki, gözəl qızsan, ətrafında çoxlu oğlan ola bilər. Amma "mənim başımı aşağı etsən özümü asaram" deyirdi. Bu o qədər aır cümlə idi ki biri mənim arxamca gələndə atamın o sözləri yadıma düşürdü".

Müşerref ilk həyat yoldaşının özündən 25 yaş böyük olduğunu da deyib.

Xatırladaq ki, Müşerref Akay türk sənət musiqilsin sevilən simalarındandır. O 1952-ci ildə İstanbulda doğulub. Çərkəz qızıdr. O model Şenay Akayın bibisidir.

Müşerref Akay, 14 yaşında "Hürriyet" qəzetinin təşkil etdiyi səs yarışmasın qatılıb. Orada müğənni Selami Şahinlə tanı olub.

1971-ci ildə isə onun aktrisalıq fəaliyyəti başlayıb. 1983-cü ildə "Türkiyem" adlı filminde baş rolda çəkilib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1612   Tarix: 10 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021