Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıbAzərbaycanda Ramazan ayı başlayıb.

Ramazan ayının ilk günü miladi təqvimlə 2024-cü il martın 11-dir.

Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib.

Bildirilib ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: "Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək".

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Fətvada din xadimlərinə iftardan öncə məclislərdə ehsan verilməsinin qəti qadağan olduğu xatırladılıb: "Çünki Allahın hökmü, peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir".

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Azərbaycanda Ramazan ayı başlayıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 877   Tarix: 11 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu xəstəxanın sahibinin üç milyon manat borcu yaranıb

Gəncə Beynəlxalq Xəstəxanasının sahibi "Synergy Medical" MMC külli miqdarda borca düşüb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, kommersiya qurumlarının dövlət reyestrindəki məlumata görə, MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 2 938 328.7 manat borcu yaranıb. Qeyd edək ki, "Synerg

9 aprel
.

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - Foto

Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib. Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub. Qeyd edək ki

8 aprel
.

Biləsuvarda iki məktəb BAĞLANIR? - Rəsmi açıqlandı

Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən məktəblərlə bağlı yayılan məlumatlara münasibət bildirib. -a istinadən xəbər verir ki, Maliyyə-iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov bildirib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin həyata keçirilməsind

8 aprel
.

"Bu tendensiyanın güclənməsində sosial medianın rolunu da ayrıca qeyd etməyi unutmamalıyıq" - AÇIQLAMA

Son illərdə cəmiyyətdə müxtəlif mərasimlərin, yəni, "40 çıxartma", cinsiyyət tapma, sünnət və ad günlərinin daha təmtəraqlı və dəbdəbəli şəkildə keçirilməsi diqqət çəkir. Bu hallar getdikcə daha geniş yayılır və müəyyən sosial tendensiyaya çevrilir. "40 çıxartma", "cinsiyyə

8 aprel
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda aprelin 9-da havanın arabir yağışlı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərd

8 aprel
.

Smartfon batareyasının ömrünü qorumağın əsas sirri: 100%-dən qorxmaq lazım deyil

Smartfon istifadəçilərinin çoxu hesab edir ki, cihazı tam 100%-ə qədər şarj etmək batareyanın ömrünə ziyan vurur. Lakin ekspertlərin açıqlamalarına görə, bu geniş yayılmış mifdir. Əsl problem batareyanın şarj olunduğu şərait və istifadə qaydalarındadır. Qaynarinfo-nun "How-To Geek" portalın

8 aprel
.

Ülviyyə İlyasova həbs edildi

Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasova həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün belə qərar çıxarıb. Məhkəmə zərərçəkmiş şəxsin şikayətini əsaslı sayıb. Ü.İlyasova barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ülviyyə İlyasovanın tibb

8 aprel
.

Çobanzadə küçəsində yol çökdü, böyük çuxur yarandı - Video

İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir. "Qafqazinfo" xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində - "Saphire" şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb

8 aprel
.

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

Bakı şəhərində yenidən yağışlı hava şəraiti gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 13 və 14 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat olmasa da, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabi

9 aprel