Metronun "28 May" stansiyasının yaxınlığında parklanmanın aqibəti necə olacaq?

Metronun "28 May" stansiyasının yaxınlığında parklanmanın aqibəti necə olacaq?Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) martın 12-dən metronun "28 May" stansiyasının qarşısı və Bakı Dəmiryol Vağzalının qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı qərarı Nəqliyyatı Əlaqələndirmə Şurası qəbul edib.

Məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat habının yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır.

Qərarın icrasını Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və RİNN yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə həyata keçirəcək.
Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri fəaliyyətini dayandırır.

Qeyd edilib ki, bu ərazidən gün ərzində 13 müxtəlif marşrut üzrə 1237 dəfə avtobus keçir. Bakının ən böyük piyada axını olan küçələrindən biri - Puşkin küçəsindən günün pik saatlarında minlərlə insan istifadə edir:

"Avtomobillərin sıxlığı səbəbindən piyadaların təhlükəsiz hərəkəti müşkülə çevrilir. Şəhər mərkəzinin küçə parklanma yeri kimi istifadəsi səmərəsizdir. Bu nəqliyyat qovşağında piyada keçidləri yalnız yerin altında təşkil edilib. Bu da o deməkdir ki, xeyli sayda insanın keçdiyi ərazidə hərəkət prioriteti məhz avtomobillərə verilib. Nəqliyyatın bir növünün digərinə keçdiyi bu ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin yaradılması zəruridir.

Həyata keçirilən tədbirlər mövcud nəqliyyat qovşağının təkmilləşdirilməsi, ətraf ərazidə parkların, çoxsaylı ticarət və iaşə obyektlərinin yerləşdiyini nəzərə alaraq piyadaların rahatlığının və təhlükəsizliyinin təmin olunması, eləcə də Bakının polisentrik (çoxmərkəzli) inkişaf etdirilməsi üzrə görülən işlərin tərkib hissəsidir".

Xatırladaq ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan ediləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1032   Tarix: 11 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021