Küçələrdə "zəhərli pişik" dolaşır: Əhaliyə xəbərdarlıq edildi - FOTO
Yaponiyanın qərbində yerləşən Fukuyama şəhərində pişik təhlükəli kimyəvi maddə ilə dolu olan çənə düşüb.
Çəndən çıxan pişik hadisə yerindən uzaqlaşsa da, arxasınca kimyəvi maddə ilə islanmış pəncə izlərini qoyub. Fabrik işçisi çəndən uzaqlaşan sarı pəncə izlərini aşkar etdikdən sonra təhlükəsizlik kamerasının görüntüləri araşdırılıb. Pişiyin küçələrdə sərbəst şəkildə gəzdiyi təsdiqləndikdən sonra səlahiyyətlilər həyəcan təbili çalıblar və bölgə sakinlərinə anormal görünən pişiyə toxunmamaq barədə xəbərdarlıq edilib.
Səlahiyyətlilər əhalidən heyvandan uzaq durmağı və hər hansı ipucu gördükləri zaman polisə xəbər etmələrini xahiş ediblər. Pişiyin narıncı və qəhvəyi rəngdə olan, yüksək dərəcədə turşuluq ehtiva edən və kanserogen kimyəvi maddə olan altıvalentli xromla dolu çənə düşdüyü ehtimal edilir. Fabrikin sahibi olan şirkət çənin qapaqla örtüldüyünü, lakin həmin hissənin tərs çevrildiyini bildirib.
Eyni zamanda belə təhlükəli maddə ilə islanan heyvanın ölmüş ola biləcəyi də düşünülür. Hələ ki, pişiklə bağlı heç bir məlumat yoxdur.
Bildirilib ki, altıvalentli xrom dəridə qıcıqlanmalara, nəfəs darlığına və korluğa səbəb ola bilər. Personaldan bu maddənin yaxınlığında işlədikləri zaman maskalar və rezin əlcəklər taxmaları tələb olunur. (oxu.az)





Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1252 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunAzərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş
18 iyun"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"
Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif
20 iyunGəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO
Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru
29 iyunAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunRusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyun