Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO

Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTORamazan ayının ilk günlərini yaşayırıq. Müşahidələr göstərir ki, oruc tutanların sayı əvvəlki illərə nisbətən daha çoxdur. Bəziləri namaz qılmasalar belə, Ramazan ayında vacib buyurulan əməlləri yerinə yetirməyə çalışırlar.

Ramazanda məşhurların oruc tutub-tutmaması həmişə müzakirə mövzusudur. Həmçinin, bu ayda toylar, şənliklər azaldığından sənətçilərin nə işlə məşğul olduqları, necə dolandıqları da maraq doğurur.

Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.

Aktrisa Çimnaz Sultanova ilk gündən oruc tutduğunu qeyd edib:
Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO"Ramazanın ilk günündən orucam. Çox gözəl aydayıq. Allah hər kəsə ruzi-bərəkət bəxş etsin. Tutulan oruclar, edilən ibadətlər qəbul olsun".

Müğənni İradə İbrahimova hər kəsə bərəkətli Ramazan arzulayıb:
Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO"Bəli, hər il olduğu kimi, çox şükür, bu il də oruc tutmaq nəsibim oldu. Hər kəsə xeyirli, bol ruzi və bərəkətli Ramazan arzu edirəm. İslamın beş şərti var: şəhadət, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və həccə getmək. Oruc tutmaq Allahın icazəsini almaq üçün yerinə yetirdiyimiz ibadətdir. Bədənin sədəqəsi kimi düşünmək lazımdır.

Lakin səhhətində problem olanlar, davamlı dərman qəbul edənlər, yaşlılar və çətin işlərdə işləyənlər oruc tuta bilməzlər. Allah tutulan orucları, edilən dualarımızı qəbul etsin. Allah hər kəsə öz ruzisini göndərir".

Xalq artisti Bilal Əliyev illərdir, oruc tutduğunu dilə gətirib:
Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO"İşlərim qaydasındadır. Hər şey əladır. Hazırda orucam. 1993-cü ildən oruc tuturam. Allah hamını düz yola çəksin. Orucun xeyrini görürəm. Ramazan ayının gəlişini səbirsizliklə gözləyirəm. Mən ancaq oruc tutmaqla bədənimi, orqanizmimi sağlamlaşdırıram".

B.Əliyev bütün işlərini Ramazan ayına saxladığını qeyd edib:

"Mən hər işimi proqrama salmışam. Bütün görüləcək işlərimi Ramazana saxlayıram. Ailəmi, kasıb adamları ziyarət edirəm. Bütün işlərimi orucluqda edirəm. Toylar olmur. Mən də səmərəli keçirməyə çalışıram. İbadətlə məşğul oluram".

Müğənni Manaf Ağayev dərman qəbul etdiyi üçün oruc tuta bilmədiyini bildirib:
Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO"Müəyyən səbəblərdən oruc tuta bilmirəm. Dərman qəbul edirəm. Amma oruc tutanlara iftar süfrəsi verirəm. Həmişə də vermişəm. Ailə üzvlərim oruc tuturlar".

M.Ağayev toy olmadığı üçün Ramazan ayında yaradıcılıqla məşğul olduğunu söyləyib:

"Yeni mahnılarım çıxacaq. Onların üzərində işləyirəm. Yaradıcılıqla məşğulam. Hər işi bu aya saxlayırıq".

Aktrisa Məleykə Əsədova bu ayda teatrların fəaliyyətinə davam etdiyini bildirib:
Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO"Ramazan ayı teatrların fəaliyyətinə heç bir maneə törətmir. Müğənnilər ilə aktyorlar, aktrisalar bir deyillər. İstər Məhərrəm, istərsə də Ramazan ayında hər həftə tamaşalar keçirilir".

Müğənni Mətanət Əsədova Ramazan ayında hamı kimi davrandığını qeyd edib:
Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO"Bu ayda hamı necədirsə, biz də eyniyik, fərq yoxdur".

Müğənni Türkan Vəlizadə isə sadəcə, ölkə xaricində konsertdə olduğunu söyləyib.
Sənət adamları Ramazanda: "Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram" - SORĞU + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1357   Tarix: 14 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

3 oktyabr 1993-cü il - Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

3 oktyabr 1993-cü il Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm mərhələlərdən biri kimi yadda qalıb. Həmin gün keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxaraq sabitlik, dövlətçilik və inkişa

30 sentyabr
.

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası keçirilir. xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Plenar iclasın gündəliyində 27 sentyabr - Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamenti

30 sentyabr
.

Qubada daha bir nəfər ağacdan yıxılıb öldü

Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də

30 sentyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Qaradağın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka

28 sentyabr
.

Bakıda evlər yenidən bahalaşır: Qiymətlər daha nə qədər arta bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil bazarında qiymət artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Son dövrlərdə xüsusilə yeni tikililərdə və tələbatın yüksək olduğu ərazilərdə mənzil qiymətlərində artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində tikinti xərcləri, torpaq və təklif-tələb nisbəti ilə yanaşı, alıcıları

30 sentyabr
.

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikd

30 sentyabr